Tarixdə bu gün

İlin 291- cı (uzun ildə 292-ci) günü.

İlin sonuna 75 gün qalır.

Mühüm hadisələr:

1941 – Bakılı kəşfiyyatçı Rixard Zorge Tokioda həbs edilmişdir.

1991 – Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul etmişdir.

2007 – Mühacirətdən qayıdan Pakistanın keçmiş baş naziri Benazir Bhuttoya qarşı sui-qəsd təşkil edilmiş, nəticədə 140 adam həlak olmuş, 400 nəfər yaralanmış, Bhutto özü isə hadisədən salamat qurtarmışdır.

Doğum günləri:

1948 – Fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmuş Mahmud Kərimov Yerevan şəhərində anadan olmuşdur.

Akademik Mahmud Kərimov Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülüb.

Mahmud Kərimov 10 fevral 2013-cü ildə Türkiyə klinikalarından birində gecə saatlarında ürək tutmasından dünyasını dəyişib.

55

1970 — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan baş çavuşu, Qarabağ müharibəsinin veteranı, Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov  Xocavənd  rayonunda anadan olmuşdur.

Dağlıq Qarabağda ilk hərbi toqquşmaların başlandığı zaman  İbad Hüseynov Rusiyanın Amur şəhərində yerləşən hərbi hissədə Sovet ordusunda qulluq edirdi. Burada o, Sovet ordusunun Bakıya qoşun yeritdiyini və çoxlu sayda həmyerlilərinin öldürüldüyünü öyrənir. Hüseynov Azərbaycandan olan digər hərbçilər ilə birlikdə, onların vətənə buraxılması məqsədilə müddətsiz aclıq aksiyasına başlayır. Nəticədə rəhbərlik İbad Hüseynov və aclıq aksiyasında iştirak edən dörd nəfər əsgər yoldaşını 4 ay öncədən tərxis edir.

İbad Hüseynov 1990-cı ildə Azərbaycana qayıtdıqdan sonra öz doğma Xocavənd rayonuna gedir və orada yerli hərbi özünümüdafiə birləşmələri yaratmağa başlayır. Məhz bu dövrdə Dağlıq Qarabağ münaqişəsinin aktiv fazası başlayır. Ermənilər terror qrupları yaradırlar. Bu qruplar yerli Azərbaycan əhalisinə qarşı xüsusi qəddarlıqla seçilirdi.

Ermənilərdə regionda yerləşən sovet ordusundan və ya xaricdən alınmış yetərincə hərbi sursat, təchizat və texnika vardı. Bütün Qarabağ əhalisində olduğu kimi Xocavənd rayonu əhalisinində müdafiə üçün silah-sursatının olmadığını nəzərə alaraq, İbad Hüseynov “kəşfiyyat-diversiya dəstəsi” yaradır və erməni tərəfə keçərək, onları məhv edir. Ermənilərin çoxlu sayda hərbi silah və təchizatlarını ələ keçirməyə başlayır.

Erməni tərəfin danışıqlarını radio yaxalama vasitəsilə izləyəndə məlum oldu ki, Ağdam-Xocavənd istiqamətində erməni hərbi bölmələrinə rəhbərlik etmək üçün əraziyə “Avo” ləqəbli məşhur erməni komandiri gəlir. Azərbaycanlılar bu ləqəbin Monte Melkonyana məxsus olduğunu bilmirdilər. Onlar onu Avo kimi tanıyırdı və bilirdilər ki, ermənilər Avoya hörmət edir. O, bir neçə Yaxın Şərq müharibələrində iştirak edib, Avropada bir sıra terror aktlarının təşkilatçısı olmuşdu. Həmçinin məlum idi ki, Qarabağ müharibəsinin ən qanlı səhifələrindən biri olan Qaradağlı qırğını, Xocalı soyqrımı və digər yaşayış məntəqələrində Avo bir başa olaraq, qətliamda iştirak etmiş və erməni birləşmələrinə rəhbərlik etmişdi. İbad azərbaycanlıların tökülmüş qanı üçün qisas almağı özünə söz verir və erməni komandiri Avonun bütün hərəkət və əməliyyatları haqda məlumat yığmağa başlayır və onu məhv etməyə müvəffəq olur.

26 dekabr 1993-cü ildə İbad minaya düşərək ağır yaralanır. Qəlpələr başa, ələ və ayaqlara girir və Hüseynov komaya düşür. 28 günlük komadan sonra xilasa heç bir ümid qalmamışdır. Moskvadan gəlmiş məşhur cərrah onun çıxılmaz vəziyyətini görüb, heç nəyə zəmanət vermədiyini açıqlayır. Kəlləni yardıqda, beyin və bədənin normal funksionallığını saxlamağa imkan verməyən çoxlu daxili qanaxmanı aşkar edir. Həkim hematomanı ləğv edir. İllərlə qoltuq ağaclarında gəzməli olur və xəstəxanalarda müalicə alır. (Müharibə zamanı aldığı zədəyə görə, sağ ayağı və sağ qolu uzun zaman hərəkətsiz qalır. İbad Hüseynov uşaqlıqdan idmanla məşğul olduğu üçün öz sağlamlığına tezliklə qayıdır). Hospitaldan çıxdıqdan dərhal sonra o cəbhə xəttindəki öz hərbi hissəsinə qayıdır. 9 oktyabr 1994-cü ildə Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi.

9 oktyabr 1994-cü ildə Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.

2015-ci ildə Yeni Türkiyə Strateji Araşdırmalar tərəfindən təsis etdiyi “Şərəf” medalı Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, keçmiş Təhsil naziri və uzun illər millət vəkili olmuş Hasan Calal Gözəl tərəfindən İbad Hüseynova təqdim edildi.

2016-cı ildə Azərbaycan Qarabag Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən İbad Hüseynova “Fədai” medalı təqdim edildi.

2017-ci ildə Azərbaycan Respublikası Veteranlar Təşkilatı tərəfindən “General Səməd Bəy Mehmandarov” adına medal İbad Hüseynova təqdim edildi.

2018-ci il aprel ayında İbad Hüseynov Türkiyənin Adana şəhərində keçirilən ” Dünya Avşarlar” qurultayında , “Dünya Avşarlar Dərnəyinin” təsis etdiyi “Üstün Cəsarət” medalına layiq görüldü. Medalı Böyük Şəhər Bələdiyyəsinin rəhbəri tərəfindən qəhrəmana təqdim edildi.

2020-ci il dekabr ayının 9-da Prezident İlham Əliyev tərəfindən “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Türkiyənin Ankara şəhərində 2015-ci ilin aprel ayının 28 də Gölbaşı Bələdiyyəsi tərəfindən  yaraşıqlı küçələrin birinə İbad Hüseynovun adı verildi.

2015-ci il avqust ayının 30 da Türkiyənin Qaziantəp şəhərində Türkiyənin Zəfər Bayramı günündə Şahin bəy Bələdiyyəsi tərəfindən bir parka  İbad Hüseynovun adı    verildi.

2016-cı ildə Azərbaycanın Agcabədi şəhərində, Abşeron rayonunda  İbad Hüseynovun adına küçə verilmişdi.

1980 – Gənc xanəndə Ehtiram Hüseynov Laçın rayonunun Hacısamlı kəndində anadan olmuşdur. Uşaqlıq illərində Ağdam muğam

məktəbində musiqi təhsili alıb. 1994-1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin

“Bənövşə” uşaq xorunda musiqi fəaliyyəti göstərib.

1997-ci ildə Asəf Zeynallı adına musiqi kollecinə daxil olub və bu kolleci uğurla bitirib.

2007-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə həyata keçirilən Azərbaycan Televiziyasının “Muğam” televiziya müsabiqəsində iştirak etmişdir. Bu müsabiqədə Ehtiram 2-ci yerə layiq görülmüşdür.

2008-ci ildə Azərbaycan Milli Konservatoriyasına daxil olub. Çoxlu sayda beynəlxalq musiqi qastrollarında və müsabiqələrində iştirak edib. Hazırda “Muğam” teatrında solist kimi çalışır və musiqi təhsilini davam etdirir.

Vəfat etmişdir:

50

1975 – Görkəmli ictimai-siyasi xadim, tarixçi alim, professor, yazıçı, pedaqoq, Əməkdar elm xadimi, 1958-1962-ci illərdə 5-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı və Ali Sovet Sədrinin müavini işləmiş Mehdixan Vəkilov vəfat etmişdir.

Mehdixan Vəkilov 1902-ci il iyun ayının 15-də Qazax qəzasının Yuxarı Salahlı kəndində doğulmuşdur.

1918-ci ildə Zaqafqaziya (Qori) Müəllimlər seminariyası əsasında təşkil edilmiş Qazax Müəllimlər Seminariyasına daxil olmuş, 1924-cü ildə həmin tədris ocağını bitirmişdir.

Gənc nəslin tərbiyə edilməsi, xalqın maariflənməsi sahəsində böyük səylər göstərən Mehdixan Vəkilov Gəncə qəzası məktəblərində müfəttiş, Quba qəza maarif şöbəsinin müdiri və Şuşa şəhərində təşkil olunmuş müəllimlər kursunun müdiri vəzifəsində çalışmışdır.

Mehdixan Vəkilov 1931-1934-cü illərdə Qəbələdə müəllim olmuş, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda, Bakı kolxoz məktəbində ictimai elmlərdən dərs demiş, 1934-1938-ci illərdəXalq Maarif Komissarlığında müfəttiş, 1938-1941-ci illərdə Respublika Xalq Komissarları Soveti nəzdində İncəsənət işləri idarəsində teatr şöbəsinin müdiri və Elmlər Akademiyası Azərbaycan filialının tarix institutunda şöbə müdiri vəzifələrində çalışmışdır.

İkinci dünya müharibəsi illərində – 1941-ci ilin sentyabr ayından 1942-ci ilin may ayına kimi Təbrizdə cəbhə qəzetlərində əməkdaşlıq edərək, İran Azərbaycanında antiimperialist və antifaşist təbliğatının genişlənməsində səmərəli fəaliyyət göstərmişdir.

1942-ci ilin sentyabr ayından Qazax Rayonu Zəhmətkeş Deputatları İcraiyyə Komitəsinin sədri işləmiş, həmin ilin noyabr ayından 1945-ci ilin may ayına qədər Ağstafa rayonunarəhbərlik edərək, cəbhəyə ümumxalq yardımının güclənməsində fəal iştirak etmişdir.

Mehdixan Vəkilovun müharibə illərində yazdığı Azərbaycan xalqının şanlı mübarizə ənənələrini tərənnüm edən “Cavanşir” romanI, “Anadillər” povesti, “Minin və Pojarski”, “Azərbaycanda mədəniyyətin çiçəklənməsi” kitabçaları xalqda vətənə alovlu məhəbbət, düşmənə nifrət hisslərinin güclənməsində böyük rol oynamışdır.

1942 – Sovet İttifaqı Qəhrəmanı Qafur Nəsir oğlu Məmmədov faşizmə qarşı döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Qafur Məmmədov 5 mart 1922-ci ildə Bakıda doğulmuş, 1941-ci ilin avgustunda hərbi xidmətə getmişdir. Zaqafqaziya cəbhəsində 56-cı ordu tərkibində

323-cü dəniz piyada batalyonunda rabitəçi vəzifəsində xidmət edən hərbi dənizşi Qafur Məmmədov Tuapse şəhəri yaxınlığında aparılan ağır döyüşlərdə qəhrəmanlıqlar göstərmişdir.

1942-ci ilin 19 oktyabrında faşist ordusu hissələrinin hücumlarını dəf edərkən Qafur Məmmədov şəxsən düşmənin 13 avtomatçısını və bir minomyot heyətini məhv etmişdi. Həmin döyüşdə Qafur Məmmədov öz komandirini düşmən atəşindən müdafiə edərkən, özü də həlak olmuşdur.

Sovet İttifaqı Qəhrəmanı adı ona 1943-cü ilin 31 martında verilmişdir. Bakıda bir bir gəmiyə, bir küçəyə və bir parka onun adı verilmişdir.

 Bayramlar və xüsusi günlər:

Azərbaycanın Milli Müstəqillik Günü  tariximizin ən şərəfli  günlərindən birdir və hər il 18 oktyabrda qeyd edilir.

XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.

Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.  Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.

 Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolunu hər zaman yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev 1918-ci ildə dövlət müstəqiliyimizin bərpasında böyük xidmətləri olmuş bu görkəmli şəxslərin adlarının Azərbaycan xalqının yaddaşına əbədi həkk olunduğunu bildirib: “1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur”.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!