Tarixdə bu gün
İlin 291- ci günü (uzun ildə 293-cü).
İlin sonuna 73 gün qalır.

Mühüm hadisələr:
2004 – Moskvada II Ümumrusiya azərbaycanlılarının konqresi keçirilmişdir.
Doğum günləri:

115
1910 – Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan kino tarixində ilk rəngli bədii filmin müəllifi, kinorejissor Hüseyn Əli oğlu Seyidzadə İrəvanda anadan olmuşdur.
Hüseyn Seyidzadə 1928-ci ildə Bakı İşçi teatrında kütləvi səhnələrdə çıxış edir. 1929-cu ildən isə burada aktyor kimi fəaliyyətə başlayır. Elə həmin il teatr tərəfindən onu Leninqrada təhsilini davam etdirməyə göndərirlər. Orada Dövlət Fəhlə Gənclər Teatrında təcrübə keçir, 1930-cu ildə Bakıya, kinostudiyaya qayıdır. Həmin il o, “İlk komsomol buruğu” bədii filmində neftçi rolunda çəkilir. Bununla da ecazkar kino sahəsindən ömrünün sonuna qədər ayrıla bilmir.
Hüseyn Seyidzadə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdir. Sergey Eyzenşteyn, Mixail Romm, Lev Kulicanov kimi sənət korifeylərindən dərs almışdır.
Hüseyn Seyidzadə mübariz sənətkar idi. O, sözünü açıq deməyi xoşlayırdı. Çoxları isə bunu sevmirdilər. “Qatır Məmməd” filmini ilk dəfə çəkməyə başlayanda açıqca demişdi ki, niyə ssenarini ruslar yazmalıdır. Sonra isə filmi yarımçıq qoymuşdu.
Hüseyn müəllim Bütün filmlərində milli xüsusiyyətləri qorumağa çalışırdı. İstəyirdi ki, filmlərimizdə xalqın mənəvi ruhu olsun, onun taleyinin ağrıları əks etdirilsin.
“Yenilməz batalyon”da da, “Koroğlu”da da, “Qayınana”da da bunlar çox aydın görünür. Son vaxtlar Natəvan haqqında film çəkmək istəyirdi. Ancaq amansız ölüm buna imkan vermədi.
Hüseyn Əli oğlu Seyidzadə 1979-cu il iyunun 2-də dünyasını dəyişmişdir.

95
1930 – Məşhur fleytaçı, Azərbaycan Respublikasının Xalq artisti Rəhim Sadıq oğlu Babayev Bakıda anadan olmuşdur.
1973-cü ildə Ə.İsgəndərovun sinfində Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir.
1952-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının simfonik orkestrinin, 1978-ci ildən həmçinin Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti olmuşdur.
Rəhim Babayev Azərbaycanda fleytaçılar nəslinin yetişməsində böyük zəhməti olmuşdur. Ömrünün 60 ilə yaxın bir zamanını (1952-2010) bu sənətə həsr etmişdir.
17 sentyabr 2008-ci ildə Rəhim Babayevə Azərbaycan Respublikasının Xalq artisti fəxri adı verilmişdir.
Rəhim Babayev 20 iyul 2010-cu ildə Bakıda vəfat etmişdir.
Vəfat etmişdir:

1972 – Azәrbaycanın Xalq artisti, Gürcüstanın Əməkdar artisti Fatma Sәttar qızı Muxtarova Bakıda vəfat etmişdi
r. Bu gün Fatma xanımın anım günüdür.
Müğənni 1893-cü il mart ayının 26-da Cənubi Azərbaycanın Urmiya şəhərində anadan olmuşdur.
1914-cü ildə Saratov konservatoriyasını bitirmiş, Moskva, Saratov, Sankt-Peterburq, Kiyev, Xarkov, Odessa vә s. şәһәrlәrin opera teatrlarında oxumuş, 1938—53 illәrdә AOBT-nın solisti olmuşdur.
Fitri istedada, güclü vә gözәl sәsә (mezzo-soprano), yüksәk aktyorluq mәһarәtinә malik olan Fatma Muxtarova bir çox mәşһur müğәnnilәrlә çıxış etmişdir.
Fatma Muxtarova 1938-1953 illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Əsas partiyaları: Marfa, Marina Mnişek (“Xovanşina”, “Boris Qodunov”, M.Musorqski), Lyubaşa (“Çar gəlini”, N.Rimski-Korsakov), Amneris (“Aida”, C.Verdi), Dalila (“Samson və Dalila”, K.Sen-Sans), Aksinya (“Sakit Don”, İ.Dzerjinski), Əzra (“Nizami”, Ə.Bədəlbəyli) və s. Yaradıcılığının zirvəsi Karmen (“Karmen”, J.Bize) partiyasıdır. Konsert proqramları ilə də çıxış etmişdir.
Üzeyir Hacıbəyov onun sәnәtkarlığını yüksәk qiymәtlәndirmişdir.
Musiqi sahəsindəki xidmətlrinə görə Qırmızı Əmək Bayrağı və “Şərəf nişanı” ordenləri ilə təltif edilmişdir.

30
1995— Sevimli yazıçı Novruz İsmayıl oğlu Sadıqov (Novruz Gəncəli) 74 yaşında vəfat etmişdir.
Novruz Gəncəli 13 iyul 1921-ci ildə Bakının Maştağa kəndində dəmirçi İsmayıl Zəbihin ailəsində anadan olub.
1934-cü ildə Z. A. Tağıyev adına Toxuculuq fabriki nəzdində olan 63 saylı orta məktəbdə ibtidai təhsil alıb. Sonradan ailəsi ilə birlikdə Gəncəyə köçüb. 1939-cu ildə Gəncə şəhər 3 saylı Beynəlmiləl orta məktəbini bitirərək, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Novruz Gəncəli təhsil aldığı dövrdə, eyni zamanda 1939–1940-cı illərdə kitabxanada şöbə müdiri, 1940–1941-ci illərdə isə İncəsənət muzeyində ekskursiya rəhbəri vəzifəsində çalışıb. Universitetin II kursunda o, əyani şöbədən qiyabiyə keçirilərək, 1941–1943-cü illərdə Lerik rayonunun bir neçə orta məktəbində müəllimlik edib. Hətta burada məktəb direktoru kimi də pedaqoji fəaliyyət göstərib. 1943–1946-cı illərdə Bakıda Dövlət Təhlükəsizliyi orqanlarında məsul vəzifələrdə çalışan Novruz Gəncəli 1946–1949-cu illərdə Azərbaycan Yazıçılar İttifaqının “Natəvan” klubunda da çalışıb. 1950–1960-cı illərdəki zaman kəsiyində müxtəlif vaxtlarda “Ədəbiyyat qəzeti” redaksiyasında tənqid şöbəsinin müdiri, “Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təbliğat və təşviqat şöbəsində isə təlimatçı kimi də fəaliyyət göstərib. Novruz Gəncəli həmçinin 1960–1976-cı illərdə “Azərbaycan” jurnalı redaksiyasında baş redaktorun müavini olub.
Novruz Gəncəlinin “Odlu ürəklər” adlanan ilk kitabı 22 yaşında işıq üzü görüb. Sonrakı illərdə “Unudulmaz günlər”, “Şerlər”, “Dalğalar”, “Mənim mahnılarım”, “Üç dost”, “Könüllər açılanda”, “Unuda bilmirəm”, “Ədəbi dost” şeir kitabları ilə yanaşı ümumilikdə 14 kitabı nəşr olunub. Şair-dramaturq, tənqidçi, müəllim və ictimai xadim olan Novruz Gəncəli eləçə də C. Bayronun “Kavur”, A. Makayenokun “Tribunal”, C. Patrikin “Qəribə Missis Sevinc”, B. Brextin “Kuraj ana və onun uşaqları” pyeslərini doğma Azərbaycan dilimizə tərcümə edib.
Novruz Gəncəli həm də bir dramaturq olaraq Azərbaycan teatrına maraqlı və orjinal səpgili, dövrünün aktual problemlərini özündə əks etdirən pyeslər də yazıb. Onun qələmə aldığı 1950-ci illərin sonlarında Dövlət Gənc Tamaşacılar teatrının səhnəsində quruluşçu rejisor xalq artisti, “Qızıl Dərviş” mükafatı laureatı Lütfi Məmmədbəyovun quruluşunda “Düşmənlər icində”, sonradan 1951-ci ildə isə Gəncə Dövlət Dram teatrının səhnəsində quruluşçu rejisorlar, respublikanın əməkdar incəsənət xadimi Həsən Ağayev və Yusif Yulduzun quruluşunda “Düşmənlər icində”, 1952-ci ildə Gəncə Dövlət Dram teatrının səhnəsində quruluşçu rejisor Yusif Qazıyevin quruluşunda “Şəlalə”, 1964-cü ildə Dövlət Gənc Tamaşacılar teatrının səhnəsində quruluşçu rejisor Kərim Həsənovun quruluşunda bədii fontastik bir mövzuda olan “Yanmış planetin sərvətləri”, 1965-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya teatrının səhnəsində quruluşçu rejisor Niyaz Şərifovun quruluşunda “Ev bizim, sirr bizim”, 1968-ci ildə Ağdam Dövlət Dram Teatrının səhnəsində quruluşçu rejisor, Əməkdar artist Heydər Şəmsizadənin quruluşunda “Niyə dirilmisən”, 1970-ci ildə Gəncə Dövlət Dram Teatrının səhnəsində quruluşçu rejisor, xalq artisti, “Qızıl Dərviş” mükafatı laureatı Vaqif Şərifovun quruluşunda “Məhəbbət körpüsü”, 1985-ci ildə Gəncə Dövlət Dram teatrının səhnəsində quruluşçu rejisor Hilal Həsənovun quruluşunda “Səadət yağış deyil”, 1992-ci ildə Füzuli Dövlət Dram teatrının səhnəsində quruluşçu rejisor, xalq artisti Valeh Kərimovun quruluşunda “Niyə dirilmisən” pyeslərinə maraqlı səhnə traktofkası ilə müraciətlər olub.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.