Tarixdə bu gün
İilin 305-ci günü (uzun illərdə 306-cı).
İlin sonuna 60 gün qalır.
Mühüm hadisələr:
1906– “Füyuzat” jurnalının ilk nömrəsi çapdan çıxmışdır.

1922 – Türkiyə Böyük Millət Məclisinin qərarı ilə 623 il tarixi olan Osmanlı İmperiyasının mövcudluğuna son qoyulmuşdur. Sonuncu Osmanlı hökmdarı VI Mehmet taxtdan endirilmişdir.
1925 – İranda Rza xan Pəhləvi hakimiyyətə gəlmiş və bunula Qacarların hakimiyyətinə son qoyulmuşdur.
1927 – Mustafa Kamal Paşa (Atatürk) ikinci dəfə Türkiyə Respublikasının prezidenti seçilmişdir.

1950 – Azərbaycan Texniki Universiteti açılmışdır.
1998 – Avropa İnsan Haqları Məhkəməsi təsis edilmişdir.
2008 – Azərbaycan, Ermənistan və Rusiya prezidentləri “Moskva Bəyannamə”sini imzalamışlar.
Doğum günləri:

1939 — Azərbaycan şairi İsmayıl Mürşüd oğlu Məmməd Azərbaycan Respublikasının Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində dünyaya gəlmişdir.
1957-ci ildə Əsrik-Cırdaxan kənd orta məktəbini, 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirmişdir.
1998-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsini almışdır.
14 yaşından bədii yaradıcılıqla məşğuldur.
1966-1973-cü illərdə “Azərbaycan Dövlət Radio və Televiziya” komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1975-1976-cı illərdə “Ədəbiyyat və incəsənət” qəzetində müxbir, 1976-1980-ci illərdə “C.Cabbarlı adına Azərbaycanfilm” studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, 1980-1983-cü illərdə “Yazıçı” nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983-1987-ci illərdə “İşıq” nəşriyyatının direktoru, 1983-1992-ci illərdə Respublika Komsomolu Mərkəzi Komitəsi nəzdində gənc yazıçıların Respublika “Gənclik Ədəbi Birliyi”nin rəhbəri,1988-1992-ci illərdə “Gənclik-Molodost” jurnallarının yaradıcısı ve baş redaktoru vəzifələrində işləmişdir.
1992-1993-cü illərdə “Azərbaycan Televiziya və Radio Verilişləri” şirkətinin sədri vəzifələrində çalışmışdır. Çalışdığı hər sahədə yeniliklərə imza atmışdır. Azərbaycan Televiziya və Radio Verilişləri şirkətinin sədri vəzifəsində işlədiyi zaman tarixdə ilk dəfə Astara şəhərində Güney və Quzey Azərbaycan şairlərinin oxucularla görüşünü təşkil etmiş, görüşü özü yönətmiş və bu görüş eyni vaxtda Quzey ve Güney Azərbaycana canlı yayınlanmışdır.
1995-1996-cı illərdə Türkiyədə “TİKA” və “Türk Dil Kurumu”nun ortaq sözlük layihəsində “uzman” vəzifəsində işləmişdir.1996-cı ilin may ayından Türkiyənin Çanaqqala universitetində professor kimi fəaliyyət göstərməkdədir.
Şairin “Adım”, “Apar məni”, “Burda bir şəhər yatır”, “Yatan mənalar”, “Döyüş, Qələbə”, “Yaşıldı gözümdə dünyanın əksi” şeirlərinən yer aldığı silsilə şairin tərcüməçisi və dostu Rus şairi Mihail Sinelnikov’un ön sözü ilə başlayır. Ön sözdə M. İsmayılın dünya ədəbiyyatındakı yerindən bəhs olunur. Şairin adına Türkiyədə “Akademik Şiir Ailesi Yazarlar Kurumu” tərəfindən ildə fərqlənən bir Türk şairinə verilmək üzrə “Mehmet İsmail Edebiyyat ödülü” təsis edilmişdir. İndiyədək Azərbaycan, Türk, Fransız, Yapon, Alban, Rumın,Rus, Qazax və başqa dillərdə 40-dan çox bədii və elmi kitabı, 300-dən artıq məqaləsi çap olunmuş, 50-dən çox şerinə mahnı bəstələnmişdir.

85
1940 — Azərbaycanın görkəmli kino aktrisası, Xalq artisti, Prezident təqaüdçüsü Elmira Balahüseyn qızı Şabanova Bakıda anadan olmuşdur.
Elmira Şabanova M.A. Əliyev adına ADİİ-da əvvəlcə Kino və daram aktyorluğu (1958-1962)fakültəsində təhsil almış, sonra Rejissorluq fakültəsini bitirmişdir (1969).
1962-1997-ci illərdə müəllim və dosent işləmişdir. “Azərbaycanfilm” kinostydiyasında 30-a yaxın bədii filmdə çəkilmişdir. Aktrisa 2 filmdə çəkildikdən sonra həyat yoldaşı Rüfət Şabanovun qadağası ilə 1977-ci ilədək kinoda görünməyib. 1977-ci ildə “Bədbəxtliyin astanasında” qısametrajlı bədii filmiylə kinoya qayıdan aktrisa xüsusilə 80-ci illərdə bir-birinin ardınca kino, radio və televiziyada maraqlı obrazlar yaradıb. Onların arasında Anarın ssenarisi əsasında və rejissorluğu ilə çəkilmiş “Qəm pəncərəsi” filmində ustalıqla oynadığı Həmidə xanım obrazı mühüm yer tutur.

1978 — Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru Urfan Üzeyir oğlu Vəlizadə Bakı şəhərində anadan olub.
1995-ci ildə orta məktəbi bitirəndən sonra sənədlərini Türkiyədə Hava Hərbi məktəbinə verib. 2000-ci ildə təhsilini başa vurduqdan sonra 6 ay İstanbulda işləyib. 2001-ci ildə Vətənə döndükdən sonra 2005-ci ilə qədər xidmətini Kürdəmirdə davam etdirib. Urfan daha sonra ixtisasını hərbi helikopter üzrə təkmilləşdirib. Mayor Urfan Vəlizadə, Əbu Bəkir İsmayılov və mayor Təbriz Musazadə ibarət heyət Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə iştirak edib. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı Mi-24 helikopteri ermənilər tərəfindən vurulub və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid olub. Onların nəşi aprelin 10-u neytral ərazidən götürülüb. Aprelin 11-i isə Mi-24 helikopterinin pilotları Urfan Vəlizadə, Əbu Bəkir İsmayılov və Təbriz Musazadə ilə vida mərasimi olub. Şəhidlər Bakı şəhərində yerləşən II Fəxri
Xiyabanda izdihamla son mənzilə yola salınıb. Urfan Vəlizadə ölümündən sonra göstərdiyi
qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə
“Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Vəfat etmişdir:

1965 — Azərbaycan xanəndəsi, Şuşa xanəndəlik məktəbinin ən parlaq nümayəndəsi Seyid Şuşinski 76 yaşında vəfat etmişdir.
Cabbar Qaryağdıoğlu onu “Şərq musiqisinin incisi” adlandırmışdı.
Seyid Şuşinski 1889-cu ildə indiki Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdur. Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirrlərinə yiyələnmək üçün ən əvvəl iki il Nəvvabın yanında oxumuşdu. Sonrakı müəllimi Cabbar Qaryağdıoğlu olmuşdu. Seyid Şuşinsi ifa üçün mürəkkəb muğam olan “Çahargah”ı xüsusilə böyük məharətlə oxuyardı, özü də həmişə onu “mayə”dən yox, “Mənsuriyyə”dən başlayardı, zildə böyük ustalıqla zəngulələr vuraraq, sonra “mayə”yə enərdi. Maraqlıdır ki, həyatının son illərində, yaşı artıq 74 ötmüş Seyid “Mənsuriyyə”ni eyni şövqlə oxuyurdu.
Seyid Şuşinski yaradıcılığında Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə də müraciət edirdi. Sabirin “Millət necə tarac olur-olsun, nə işim var” şerini “Müxalif”də oxuyardı. Seyid Şuşinski siyasi-ictimai mövzuda şier və qəzəl oxuyan, xalqı mübarizəyə çağıran ilk xanəndə olmuşdur. O, bir sıra mübariz ruhlu mahnılar da oxumuşdur. “Ayıl ey millət”, “Mən bir türkəm”, “Millət istərsə” və s.
Seyid Şuşinski, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edirdi. Molla Nəsrəddinin bir neçə nömrəsinin çıxmağına maddi yardım göstərmişdi. Ümumiyyətlə, Seyid Şuşinski böyük mesenat idi, o dövrün teatr aktyorlarına çox kömək etmişdi, özü də aktyor kimi bir sıra rolları oynamışdı. Seyid Şuşinski “Çahargah”dan başqa “Mahur”, “Nəva”, “Məsnəvi”, “Osmanı”, “Arazbarı”, “Heyratı” kimi muğamların gözəl ifaçısı idi. O, novator sənətkar olaraq, bir çox muğamları birləşdirib onları yeni variantda oxumuşdur. (“Rast-Humayun”, “Qatar-Bayatı”, “Şur-Şahnaz”) “Rast”da və “Kürdi-Şahnaz”da “Dilkəş”i ilk dəfə Seyid Şuşinski ifa etmişdi.
Seyid Şuşinskinin görkəmli bəstəkarımız Fikrət Əmirovun ilk dəfə yaratdığı və dünyada şöhrət qazandığı “Şur” və “Kürdi-Ovşarı” simfonik muğamlarının yazılmasında məsləhətçi kimi böyük köməyi olmuşdur.

1992— Azərbaycanın Milli Qəhrəmanı Əfqan Qaraxan oğlu Hüseynov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Əfqan Hüseynov 24 fevral 1963-cü ildə Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1970-ci ildə 109 saylı orta məktəbə getmiş, 1980-cı ildə C.Naxçıvansi adına hərbi təmaüllü orta internat məktəbində təhsilini başa vurmuş, sonra Bakı Ümumqoşun Komandirləri Məktəbinə qəbul olmuş və tağım komandirinin müavini təyin edilmişdir.
1984-cü il tarixdə SSRİ Müdafiə Nazirinin əmrinə əsasən leytenant hərbi rütbəsi verilmişdir.
11 oktyabr 1985-ci ildən 25 iyun 1987-ci ilə kimi Əfqanıstan Demokratik Respubllikasında gedən döyüşlərdə fəal iştirak etmiş və ağır yaralanmışdır. Onun döyüş xidməti yüksək qiymətləndirilmiş, “Qırmızı ulduz” ordeni ilə təltif edilmişdir. 1986-cı ildə ona baş leytenant rütbəsi verilmişdir.
O, 1988-ci ildə J.Naxçıvanski adına Bakı hərbi təmayülli məktəbə tərbiyəçi bölük komandiri təyin edilmiş və kapitan hərbi rütbəsini almışdır. Yüksək dərəcəli biliyə malik bir zabit olduğu nəzərə alınaraq Hüseynov Əfqan Qaraxan oğlu 2 dekabr 1991-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 1-ci şöbəsində döyüş hazırlığı üzrə baş zabit vəzifəsinə təyin edilmişdir.
Əfqan Qaraxan oğlu Hüseynov 21 yanvar 1992-ci ildə Milli Qvardiyanın sıralarına daxil olmuş və qulluq etdiyi müddət ərzində bacarıqlı zabit kimi fərqlənmişdir.
O, bütün bacarıq və biliyini müstəqil Azərbaycan Respublikasının ilk hərbi qurumlarından olan Milli Qvardiyanın formalaşmasına sərf etmişdir.
1992-ci ilin iyun ayında Füzuli bölgəsində yaranan ağır vəziyyət zamanı Milli Qvardiyanın şəxsi heyəti xüsusi fəallıq göstərmişdir.
Qubadlı, Laçın bölgələrində yaranmış acınacaqlı vəziyyətlə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin 186 saylı sərəncamı ilə 26 oktyabr 1992-ci il tarixində alayın şəxsi heyəti, başda alay komandiri mayor Əfqan Qaraxan oğlu Hüseynov olmaqla Qubadlı, Laçın bölgəsinə göndərilmişdir. Düşmən hücumunun qarşısı alınmış və 31 oktyabrda alay əks hücuma keçərək düşmənin bir çox mövqelərini ələ keçirmiş, əsas qüvvəsini məhv edib, öz döyüş mövqelərini möhkəmləndirmişdir. Bu döyüşdə alay komandiri mayor Ə.Hüseynov xüsusi fədakarlıq göstərmişdir. Lakin döyüşün şiddətli yerində Əfqan başından ağır yaralanır və həyatla vidalaşır.
Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 9 mart 1995-ci il tarixli 63 saylı əmri ilə Azərbaycanın Milli Qəhrəmanı mayor Hüseynov Əfqan Qaraxan oğlu əbədi olaraq Milli Qvardiyanın şəxsi heyətinin siyahısına salınmışdır.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
C.Naxçıvanski adına Liseydə və Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyada onun büstləri qoyulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Əfqan Qaraxan oğlu Hüseynov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
2012 – Görkəmli Azərbaycan coğrafiyaşünası, coğrafiya elmləri doktoru, akademik Budaq Budaqov 84 yaşında Bakıda vəfat etmişdir.
Budaq Budaqov 1928-ci il 28 fevralda Qərbi Azərbaycanda Zəngibasar bölgəsinin Çobankərə kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir.
Yerevanda Azərbaycan Dövlət Pedaqoji məktəbində təhsilini davam etdirmişdir (1943-1947). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya fakültəsinə daxil olmuşdur . Moskvada SSRİ EA Coğrafiya İnstitutunda aspiranturanı bitirdikdən sonra “Cənubi-Şərqi Qafqazın şimal yamacının geomorfologiyası” adlı namizədlik və “Azərbaycanın Böyük Qafqaz hissəsinin geomorfologiyası və yeni tektonikası” adlı doktorluq dissertasiyalarını müdafiə etmişdir.
Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda əvvəlcə kiçik elmi işçi , daha sonra böyük elmi işçi olmuşdur. Burada Landşaftşünaslıq şöbəsinin müdiri (1967-1974), elmi işlər üzrə direktor müavini (1974-1988) işləmişdir.
Bayramlar və xüsusi günlər:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.
Hazırda ölkəmizdə qeyri-neft sektorunun ən aparıcı sahələrindən olan aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.
Kənd təsərrüfatına dövlət dəstəyi proqramına start verilməsi, bu yöndə qəbul olunan qərarlar, imzalanmış Fərman və Sərəncamlar, həmçinin fermerlərin texnika, gübrə və damazlıq heyvanla təminatı ilə bağlı dövlət tərəfindən güzəştlərin tətbiq edilməsi, bütövlükdə fermerlər və kəndlilərə hərtərəfli diqqət və qayğının göstərilməsi dövlətin kənd təsərrüfatına, kəndə və kəndliyə münasibətini göstərir, nəticədə iqtisadiyyatın, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradı




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.