Tarixdə bu gün

İİlin 328-ci günü (uzun illərdə 329-cu).
İlin sonuna 37 gün qalır.

Mühüm hadisələr:

1859 — Çarlz Darvinin “Növlərin mənşəyi” kitabı nəşr edilib. Kitabın ilk tirajı bir gündə satılıb.
1928 — Türkiyə Böyük Millət Məclisi Qazi Mustafa Kamala “Baş müəllim” dərəcəsi verib.
1934 — Soyad qanunu qəbul edildikdən sonra Türkiyə prezidenti Qazi Mustafa Kamala Atatürk adı verilib.


1945 — BMT rəsmən fəaliyyətə başlayıb. Təşkilatın Nizamnaməsi ratifikasiya olunub.
1961 — BMT nüvə silahından istifadəni qadağan edən qətnamə qəbul edib.
1969 — ABŞ və SSRİ nüvə silahını yaymamaq haqqında saziş imzalayıb.
1995 — Azərbaycan Respublikası Bruney ilə diplomatik əlaqələr qurmuşdur.
1988 — Sovet rəhbərliyinin qərarı ilə Azərbaycan SSR-in Bakı, Sumqayıt və Gəncə şəhərlərində komendant saatı tətbiq edilib.
1992 — ABŞ Konqresi “Azadlığı Müdafiə Aktı”na 907-ci əlavəni qəbul edib.

Doğum günləri:

1924— Azərbaycanın ilk peşəkar qadın rəssamı, Əməkdar incəsənət xadimi  Vəcihə Əli qızı Səmədova  Bakıda anadan olmuşdur.
1939-1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alan Vəcihə xanım daha sonra V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun Rəngkarlıq fakültəsinə – tanınmış rus rəssamı Pavel Korinin sinfində davam etdirir. O, 1951-ci ildə “Üzeyir Hacıbəyov tələbələri arasında” adlı diplom işini müvəffəqiyyətlə müdafiə edir. Müəllimlərinin təkidi ilə təhsilini daha üç il aspiranturada davam etdirir. Sonradan oxuduğu institutda dərs demək təklifi alan Vəcihə Səmədova vətənə qayıtmağı üstün tutaraq, müstəqil yaradıcılığa başlayır. O, Azərbaycanın ilk peşəkar qadın rəngkarı olur.
Vəcihə Səmədova həmkarı və həyat yoldaşı Lətif Feyzullayevlə birgə yaradıcılıq ezamiyyətlərinə çıxaraq Azərbaycanı qarış-qarış gəzmişdir. Bunun bəhrəsi olaraq “Kür qırağında”, “Mahnı”, “İntizarda”, “Toya hazırlıq” tematik tabloları, “Qoşqar yaylağında”, “Göy göl”, “Kəpəz”, “Kür sahillərində” silsilə mənzərələri, “Aktrisa Leyla Bədirbəylinin portreti”, “Pambıqçı”, “Şamama Həsənovanın portreti”, “Geoloq Minirə Məmmədbəylinin portreti” kimi əsərlər yaranır.
1962-ci ildə rəssamın Bolqarıstana yaradıcılıq ezamiyyətinin nəticəsi kimi Bakıda onun fərdi sərgisi açılır. O, “Sofiyada bazar”, “Türk qızı”, “Tırnovo”, “Bayram” və böyük ustalıqla işlənmiş digər tablolarla tamaşaçıların rəğbətini qazanır.
Qısa ömür yolu keçən, fitri istedada malik olan Vəcihə xanım Səmədovanın fərdi sərgiləri dəfələrlə Bakıda, Moskvada, Sofiyada uğurla nümayiş etdirilir. Onun tablolarındakı rəng çalarları, milli kolorit, böyük ustalıq bu əsərlərin dünya muzeylərində layiqli yer tutmasına səbəb olub.
1962-ci ildə Vəcihə Səmədova xərçəng xəstəliyinə tutulur. Həkimi rəssama əməliyyatla qolunun amputasiya edilməsini təklif edir. O ömürünü uzatmaq üçün yaradıcılığını sonlandırmalı idi. Lakin rəssam buna razılıq vermir. Nəticədə rəssamın vəziyyəti pisləşir. Daha sonra Moskvada əməliyyat edilsə də artıq rəssam üçün çox gec olur. 1965-ci ildə Vəcihə Səmədova 41 yaşına 1 ay qalmış vəfat edir. Mərkəzi Komitə Fəxri Xiyabanda ona yer ayırsa da rəssam vəsiyyəti üzrə müsəlman qəbiristanlığında dəfn edilir. Vəcihə Səmədovanın vəfatından az sonra adı əbədiləşdirilib – Azərbaycan Rəssamlar İttifaqının sərgi salonuna verilib.
Ölümündən sonra həyat yoldaşı Lətif Feyzullayev ona həsr etdiyi “Köhnə qəbiristanlıq”, “Tənha məzar”, “Rəssam Vacihə Səmədovanın portreti” və “Səhər” tablolarını rəsm edir.

1994 —Azərbaycanın Milli Qəhrəmanı Çingiz Salman oğlu Qurbanov Qusar rayonunun Həzrə kəndində anadan olub.
2012-ci ildə məktəbi bitirən Çingiz Qurbanov elə həmin ildə Azərbaycan Texniki Universitetinə daxil olub və 2016-cı ildə həmin universitetin başa vurmuş, iyul ayında isə həqiqi hərbi xidmətə çağrılmışdır.
Əsgər Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman, ermənilərin pusqusuna düşdü və şəhid oldu. Onun nəşi yalnız üç həftədən sonra — 2017-ci il fevralın 5-i Çingiz Azərbaycan tərəfinə təhvil verdi.
Fevralın 6-sı saat 09.30-da isə Çingiz Qurbanov ilə vida mərasimi keçirildi. Vida mərasiminə Müdafiə Naziri general-polkovnik Zakir Həsənov , habelə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev və bir sıra digər rəsmi şəxslər qatıldı. Mərasimdə çıxış edən general-polkovnik Zakir Həsənov Çingiz Qurbanovun qəhrəmanlığından danışıb.
Daha sonra Çingiz Qurbanov doğulduğu Qusar şəhərində, Şəhidlər Xiyabanına son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Qurbanov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
2017-cı ilin 7 fevralında Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandası İlham Əliyevin 1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiə edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü.
Fevralın 9-da isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Çingiz Qurbanovun ailə üzvlərini qəbul etdi. İlham Əliyev qəbulun sonunda şəhidin atası Salman Qurbanova “Qızıl Ulduz” medalını və Bakı şəhərində yerləşən üç otaqlı mənzilin orderini təqdim etdi.

2005— Fidan Yaqub qızı Hüseynova Moskva şəhərində anadan olub. VI sinif şagirdidir. o, 2011-ci ildən Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbində təhsil alır.
Fidan Hüseynova 2018-ci il fevralın 24-də Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı “Qarabağın səsi” adlı rəsm sərgisi və əbədi-bədii tədbirdə çıxış etdi. O, müəllifi Leyla Əliyeva olan və 2017-ci il iyulun 4-də qətlə yetirilən 18 aylıq Zəhra Quliyeva həsr edilən “Niyə öldürdülər, de, səni axı?” şeirini rusca səsləndirdi.
Fidan Hüseynova Azərbaycanı 2018-ci ildə baş tutacaq Uşaq Avroviziya Mahnı Müsabiqəsində “I Wanna Be Like You” mahnısı ilə təmsil etmiş və 47 xalla 16-cı yeri tutub.

Vəfat etmişdir:

2002 — Azərbaycanın messosoprano səsli opera müğənnisi, Əməkdar artist Rəhilə Cabbarova 80 yaşında vəfat etmişdir.
Rəhilə Cabbarova 24 noyabr 1922-ci ildə anadan olmuşdur.
Rəhilə Cabbarova teatrda Xanəndə qız (“Koroğlu”), Gülüş (“Sevil”), Maşo (“Bahadır və Sona”), Malika (“Lakme”, Leo Delib), Konçarovna (“Knyaz Iqor”), Maddalena, Flora Bervua, Azuçena (“Riqoletto”, “Traviata” və “Trubadur”), İrina (“İnsanın taleyi”), Suziki (“Çio Çio San”, Cakomo Puççini), Amneris (“Aida”, Jorj Bize), Polina və Mlovzora (“Qaratoxmaq qadın”, Pyotr Çaykovski), Lyubaşa (“Çar gəlini”, Nikolay Rimski-Korsakov), Nano (“Daisi”, Zaxari Paliaşvili) partiyalarını oxuyub.

2001 — “Əhməd haradadır” filmində Əhməd rolunun ifaçısı, Əməkdar İncəsənət xadimi Səyavuş Məmməd oğlu Şəfiyev 64 yaşında vəfat etmişdir.
Səyavuş Şəfiyev 1 sentyabr 1937-ci ildə anadan olmuşdur. Hələ məktəb illərindən idmanda uğurlar əldə edən Siyavuş boks üzrə müxtəlif yarışların qalibi olub. Sənət taleyini Moskva müəyyən edir. Moskvaya gəzməyə gələn S.Şəfiyev gözlənilmədən sənədlərini Ümumittifaq Sirk Məktəbinə verir. Akrobatika üzrə dərəcə alan S.Şəfiyev məktəbi qurtardıqdan sonra “Soyuzsirk”ə göndərilir. Burada Moskva sirkində tanınmış artistlərlə işləyən Siyavuş tezliklə öz işinin peşəkarına çevrilir. Onu Rusiyanın sirk artistləri arasında qəbul etməyə başlayırlar.
1972-ci ildə S.Şəfiyev Bakıda yenicə açılmış sirkə bədii rəhbər göndərilir. Bakıda quruluş verdiyi sirk proqramları o zaman üçün böyük populayrlıq qazanır. Burda bir neçə il işlədikdən sonra S.Şəfiyev yenidən Moskvaya çağrılır və məşhur “Səhnədə sirk” Birliyinin quruluşçu rejissor təyin edilir.
Sirk rejissoru kimi də özünü sınayan Səyavuş kino rejissorlarının diqqətini cəlb edib. O, ilk dəfə olaraq, “Əhməd haradadır?” filminə çəkilib. S.Şəfiyev “Əhməd hardadır?” filmi ilə aktyor kimi tanınır.
Film ekranlara çıxandan sonra rejissor Adil İsgəndərov sovet senzurasının ciddi tənqidlərinə məruz qalır. “Burjua-meşşan elementləri ilə zəngin” film kimi xarakterizə edilən bu filmin tənqidindən xəbər tutan Səyavuş “nahaq çəkildim” deyib. Ancaq illər ötdükdən sonra film tamaşaçı tərəfindən qəbul edilir və Azərbaycanın kult-filminə çevrilir. S.Şəfiyev deyirmiş ki,
“Taleyimdən razıyam. Nə yaxşı ki, Adil müəllim məni bu rola çəkdi”.
Filmlə bağlı müsahibələrində Səyavuş Səfiyev tez-tez bu hadisəni xatırlayırmış: “Əhmədin evdən qaçma səhnəsi çəkilir. Mən də pəncərədən qonşu həyətə tullanmalı, sonra da hasardan aşıb aradan çıxmalıyam. Bu zaman qonşu həyətdən üstümə it cumdu. Elə birinci dublda it məni qapdı. Bərk qorxmuşdum. Adil müəllim “Qada, bu səhnə 10-15 dəfə çəkiləcək, hər dəfə də bu it Səyavuşu qapsa, onda can qalmaz…” deyib iti zəncirə saldı. Filmə diqqətlə baxanda itin zəncirləndiyi görünür”.
Bundan sonra S.Şəfiyev Rüstəm İbrahimbəyovun ssenarisi üzrə çəkilən “Uşaqlığın son gecəsi” filmində “prorab” Rüstəm obrazını yaradır. Film Gürcüstanda keçirilən festivalda mükafat alır.
Daha sonra S.Şəfiyev “Ən vacib müsahibə” filmində jurnalist Altay obrazını yaradıb.
Siyavuş Şəfiyev SSRİ Kinomateqorafçılar İttifaqının üzvü, Azərbaycanın Əməkdar incəsənt xadimi adını alıb. 1990-cı ildə Fransada qastrol zamanı keçirdiyi infaktdan sonra Şəfiyev sənəti tərk edir.
2001-ci il 24 noyabrında Moskvada dünyasını dəyişib.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!