Tarixdə bu gün

İlin 355-ci günü (uzun illərdə 356-cı).
İlin sonuna 10 gün qalır.

Mühüm hadisələr:

1891 — İlk basketbol oyunu keçirilmişdir.
1930 — SSRİ mərkəzi rəhbərliyinin qərarı ilə Naxçıvan Muxtar Respublikasının Əldərə, Lehvaz, Astazur, Nüvədi və digər yaşayış məntəqələri Ermənistan SSR-nin tərkibinə qatılmışdır və bu torpaqları özündə cəmləyən Mehri rayonu yaradılmışdır.
1987 – Türkiyədə İkinci Turqut Özal hökuməti quruldu(Respublika dövrünün 46-cı hökuməti).

Doğum günləri:

1913 – Nəğməkar şair, tərcüməçi Ələkbər Ziyatay (tam adı: Ələkbər Həsən oğlu Cəfərov) – Gəncədə qulluqçu ailəsində doğulmuşdur.
1930 –cu ildə Gəncədə yeddiillik şəhər məktəbini bitirib, inşaat texnikumuna daxil olmuşdur. Tələbəlik dövründə bədii ədəbiyyata onda güclü meyl oyanır. 1933-cü ildə texnikumu tamamlayaraq, APİ-nin ədəbiyyat fakültəsinə daxil olur. İnstitutu qurtaran il “Ədəbiyyat qəzeti” redaksiyasında Poeziya şöbəsinin müdiri təyin olunur (1937–1940).
Ələkbər Ziyatay 1940–1941-ci illərdə Qiyabi Pedaqoji İnstitutda baş müəllim, 1941–1950-ci illərdə Azərbaycan Sovet Yazıçıları İttifaqının Gəncə şöbəsində məsul katib, eyni zamanda Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunda baş müəllim, ikiillik və qiyabi pedaqoji institutlarda, respublika partiya məktəbində müəllim işləmişdir.
1950–1959-cu illərdə Bakıda Azərbaycan Dövlət Nəşriyyatında redaktor , 1959–1968-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında poeziya şöbəsinin müdiri işləmişdir. 1968-ci ilin yanvarından ədəbi fəaliyyətlə məşğul olmuşdur.
1973-cü ilin dekabrında fərdi təqaüdə çıxmışdır.
1982-ci il iyulun 2-də Bakıda vəfat etmişdir. Gəncə küçələrindən biri onun adını daşıyır.

1916 — Əməkdar incəsənət xadimi, məşhur yazıçı Süleyman Vəli oğlu Vəliyev Bakıda qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur.
Süleyman Vəliyevin “Əmanət kassası” adlı ilk hekayəsi 1932-ci ildə “Hücum” jurnalında çap olunmuşdur. Ədəbi mühitə çox tez və asan, fəhlə kadrı kimi daxil olmuşdur. O, bir müddət “Azərbaycan gəncləri”, “Kommunist” qəzetlərinin müxbiri oldu, “İnqilab və mədəniyyət” jurnalında ədəbi işçi oldu.
1940-cı ilin oktyabrında hərbi xidmətdən qayıdan Süleyman Vəliyev xalq şairi S.Vurğunun köməyi ilə Azərbaycan Yazıçılar İttifaqının Hərbi vətənpərvərlik şöbəsinin müdiri oldu.
1941-ci il iyun ayının 23-də S. Vəliyev hərbi komissarlığa ərizə ilə müraciət edib cəbhəyə gedir. Məşhur 416-cı milli Taqanroq diviziyasının tərkibinə daxil olan hərbi birləşmələrin birinin tərkibində 1941-ci ilin avqustunda İrana getmişdir. O, əsir düşdüyü vaxt 416-cı Azərbaycan diviziyasının “Azərbaycan döyüşçüsü” adlı qəzetində hərbi müxbir idi. 1942-ci ilin may ayının 8-də kontuziya olub əsir düşür.
1944-cu ilin yazında S. Vəliyev düşərgədən qaçıb Triyest vilayətinin dağlarında bina salmış partizan dəstələrinə qoşulur. Yazıçı burada “Sila” adı ilə cəsur döyüşçü və qisasçı kimi qəhrəmanlıqlar göstərir. Sovet İttifaqı qəhrəmanları Mehdi Hüseynzadə, Mirdaməd Seyidov da həmin partizan diviziyasında vuruşurdular.
1944-cü ilin iyul ayında Triyest şəhəri Amerika-ingilis müttəfiq qoşunları tərəfindən azad edildi. Süleyman Vəlyev neçə-neçə ölkələrin sərhədlərini keçib İrana , oradan da 1944-cü il dekabrın 30-da gəmi ilə Vətənə gəlib çata bilir. Keçmiş əsirləri Bakıda dustaq kimi qarşıladılar və çoxlu yoxlamalar aparılması üçün bu dəfə başqa düşərgəyə göndərdilər.
Uzun müddət sürgün həyatı yaşayan Süleyman Bakıda Mirzə Fətəli küçəsində 9-cu dalanın ikinci mənzilində balaca bir otaqda yaşayır. “İnqilab və mədəniyyət”jurnalında ədəbi işçi düzəlir. Ev şəraiti barədə Səməd Vurğuna ərizə yazandan sonra böyük şair onun “koma”sına şəxsən gəlib tanış olur. O zaman Caparidze rayon İcraiyyə Komitəsinin sədri olan əfsanəvi təyyarəçi, Sovet İttifaqı qəhrəmanı Məzahir Abbasov böyük şairin xahişi ilə S.Vəliyevə daha rahat mənzil verilir.
1948-ci ildə ölkədə başlanan düşmən axtarışları keçmiş hərbi əsirlərin işlərinə də yenidən baxılma kampaniyası ilə nəticələnir. Həmin ildə yazıçı yenicə evlənmişdi. Göz-lənilmədən onu yeni istintaqa cəlb edirlər və jurnaldakı işindən çıxarırlar.

Süleyman Vəliyev 1949-cu ilin yayında Sibirin Lena çayı sahillərindəki qızıl mədənlərinin paytaxtı olan Bodaybo şəhərinə sürgün edilir. Nəticədə, 1946-1947-ci illərdə yazılmış “Mübahisəli şəhər»” romanının çapını dayandırırlar. Yazıçı Sibir soyuğunda özünü mənəvi cəhətdən Bakıdan yaxşı hiss edirdi. Bir neçə ay sonra yoldaşı onun yanına gəldi. 1950-ci ildə oğlu Seyran, 1952-ci ildə isə qızı Leyla sürgündə doğuldular.
S. Vəliyev 1955-ci ildə arvadı və iki övladı ilə Bakıya qayıdır. Gəlişindən 20 gün sonra onlara indiki Nizami küçəsi 51 -ci ünvanda yerləşən balaca bir ev verirlər.
Ədib 1957-ci ildə “Mübahisəli şəhər” romanını tamamladı.
80-ci illərin əvvəllərində yazıçı öz xatirələrini “Qanadı qırıq quş da uçarmış” adı ilə çap etdirdi. Yazıçının Sibir sürgünündə gördüyü həqiqi faciələr bu sənədli povestdə böyük qüvvə ilə, sənədli dəqiqliklə əksini tapmışdı. Burada əksini tapan həyat faktları bizim ədəbiyyatımız üçün tamam təzə idi, tarixi həqiqətlərin bədii formada bərpası kimi ədəbi əhəmiyyət kəsb edirdi. Bu romanda yazıçının şəxsi faciəsi öz inandırıcılığı ilə uydurma və bəzəkli müharibə nəsrinin şablonlarını təkzib edirdi. 1994-cü ildən Azərbaycanın Günahsız Siyasi Qurbanlar Assosiasiyasının rəyasət heyətin üzvü idi. Onun əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə də tərcümə olunur. Bədii yaradıcılığında tərcümə də mühüm yer tutur.
Süleyman Vəliyev 1996-cı il martın 7-də Bakı şəhərində 80 yaşında vəfat etmişdir.
Məzarı İkinci Fəxri Xiyabandadır.

1922 – Görkəmli alim, filologiya elmləri doktoru, professor Kamran Dadaş oğlu Məmmədov Şuşa şəhərində anadan olmuşdur.
Orta məktəbin yeddiillik sinfini bitirdikdən sonra, 1936-1938 illərdə Bakı Pedaqoji Texnikomunda, daha sonra Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində davam etdirmişdir.
Kamran Məmmədov Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutunda (indiki AMEA Nizami adına Ədəbiyyat İnstitutu) bir müddət baş elmi işçi vəzifəsində çalışdıqdan sonra, 1961-1986 illərdə “XX əsr Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1986-cı ildən ömrünün sonuna kimi Nizami adına Ədəbiyyat İnstitutunda elmi məsləhətçi olmuşdur.
O, Azərbaycan və Türkiyə Ensiklopediyalarının üzvüdür.
Kamran Məmmədovun rəhbərliyi altında 12 namizədlik dissertasiyası müdafiə edilmiş, 70-ə qədər namizədlik və doktorluq dissertasiyalarına rəsmi opponent olmuşdur.
Kamran Məmmədovun XIX-XX əsrlər Azərbaycan ədəbiyyatına dair monoqrafik tədqiqatları, ədəbi-tənqidi məqalələri vardır.
O, 1971-ci ildə Azərnəşrdə çap edilən ikicildlik Əbdürrəhim bəy Haqverdiyevin “Seçilmiş əsərləri”nin, 1984-cü ildə nəşr olunan Qasım bəy Zakirin “Seçilmiş əsərləri”nin tərtibçisidir.
Kamran Məmmədov üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin müəlliflərindən biridir.
Kamran Məmmədov eyni zamanda bədii nəsr, xatirə və publisistikaya aid əsərlərin də müəllifidir.
Kamran Məmmədov 6 aprel 1989-cu ildə Bakıda vəfat etmişdir.

1923 —Məşhur şərqşunas və tarixçi alim, Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru işləmiş Ziya Bünyadov Astara şəhərində, Oktyabr inqilabından xeyli əvvəl ataman Lyaxovun kazak diviziyasının alaylarından birində xidmət etmiş hərbi tərcüməçi ailəsində anadan olmuşdur.
Ziya Bünyadov İkinci Dünya müharibəsində cəbhədə Berlinədək vuruşaraq şərəfli döyüş yolu keçirmişdir.
O, Ukrayna və Moldova uğrunda döyüşlərdə, Mozdok və Tuapse, Belorusiya və Polşa uğrunda savaşlarda fəal surətdə iştirak etmişdi. Düşdüyü mühasirədən döyüşərək çıxmış və polkun bayrağını xilas etməyi bacarmış, və bununla da polkun əsgəri şərəfini qoruya bilmişdi. Bünyadov Şimali Qafqazda gedən döyüşlərin iştirakçısı olmuş, Saratovdan olan yarısına qədər volqa matroslarından təşkil olunmuş 120 nəfərlik rotaya başçılıq etmişdi.
1945-ci il 27 fevralda Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Bünyadov ordudan tərxis olduqdan sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olmuş, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilmişdir. 1954-cü ilin may ayında “İtaliya İmperializmi Afrikada” namizədlik dissertasiyasını müdafiə edib və həmin ilin avqustunda Bakıya qayıtmışdır. Həmin ildə o, Azərbaycan EA-nın Tarix İnstitutunda elmi axtarışlarını davam etdirmişdir.
1 964-cü ildə o, “Azərbaycan VII-IX əsrlərdə” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, tarix elmləri doktoru elmi dərəcəsi almışdır.
1967 -ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1976-cı ildə Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
1970-ci ilədək onun elmi rəhbərliyi altında artıq səkkiz namizədlik və üç doktorluq işi müdafiə olunmuşdu.
O, 1988-1990-cı illər ərzində Azərbaycan SSR EA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik etmişdir.
1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti seçilmişdir. O, 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranın azərbaycan dilinə tərcüməsini başa çatdırmışdır. Böyük məsuliyyət və zəhmət tələb edən bu işə görə o, Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülmüşdür. 1992-ci ildə o, ümumi səsvermə yolu ilə yenidən Şərqşünaslıq İnstitutunun direktoru seçilmişdir.
1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti seçilmişdir. O, 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranın azərbaycan dilinə tərcüməsini başa çatdırmışdır. Böyük məsuliyyət və zəhmət tələb edən bu işə görə o, Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülmüşdür. 1992-ci ildə o, ümumi səsvermə yolu ilə yenidən Şərqşünaslıq İnstitutunun direktoru seçilmişdir.
1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.

1927— Məşhur heykəltəraş, Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Həsən oğlu Eldarov Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub. Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsini qurtardıqdan sonra Ömər Eldarov peşə biliyini artırmaq məqsədilə Leninqraddakı İ. Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq institutunun Heykəltəraşlıq fakültəsində təhsilini davam etdirib. 1946-cı ildən etibarən Ömər Eldarov mütəmadi olaraq müxtəlif respublika, regional və beynəlxalq sərgi və müsabiqələrin iştirakçısı olub. Sənətkarın yaratdığı heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Bu cür əsərlər sırasında şairə Natəvanın, şair Məhəmməd Füzulinin, şair-dramaturq Hüseyn Cavidin, Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın, professor İhsan Doğramacının heykəlləri, prezident Heydər Əliyevin, bəstəkar Üzeyir Hacıbəyovun, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun və başqalarının qəbirüstü abidələrini göstərmək olar. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir.
2001-2023-cü illərə qədər Azərbaycan Rəssamlıq Akademiyasının rektoru çalışıb.

Vəfat etmişdir:

1949 — Azərbaycanda travmatologiya elminin banisi, tibb elmləri doktoru, professor Ağaxan Talışınski ( Mir Əbülfət bəy Mir Rza xan oğlu Talışınski) 64 yaşında Bakı şəhərində vəfat etmişdir.
Mir Rza xan oğlu Talışınski 19 sentyabr 1885-ci ildə Lənkəran şəhərində anadan olmuşdur.
Mir Əbülfət bəy ilk təhsilini Lənkəran şəhər birdərəcəli məktəbini bitirdikdən sonra 1901-cu ildə təhsilini Bakıda gimnaziyada davam etdirmişdir. 1909-cu ildə gimnaziyanı bitirən Mir Əbülfət bəy Talışinski elə həmin il Kiyev Dövlət İnstitutunun Tibb fakültəsinə qəbul olur. 1916-ci ildə İnstitutu bitirir.
Elmi-təcrübi işlə yanaşı, Ə.Talışinski 1920-ci ildən başlayaraq pedaqoji fəaliyyətini də davam etdirir və Bakı Universitetinin Tibb fakültəsinin tələbələrinə cərrahiyyə və travmotologiya-ortopediyadan dərs deyir. 1931-ci ildə universitetin ümumi cərrahiyyə kafedrasının dosenti seçilən Ə.Talışinski ortopediya-travmotologiya kurslarına rəhbərlik etmişdir. Ə.Talışinski 1939-cu ildə Azərbaycan Tibb İnstitutunun Elmi şurasının qərarı ilə Azərbaycan Respublikasının Həkimləri Təkmilləşdirmə İnstitutuna professor və Travmotologiya-ortopediya kafedrasına müdir seçilmişdir. O, 1945-ci ilə qədər bu kafedraya rəhbərlik etmişdir.
Professor Ə.Talışinski 1945-ci ildə Bakı şəhərində təşkil edilmiş Azərbaycan Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun travmotologiya-ortopediya və protezləşmə klinikasının müdiri təyin edilmişdir. O, ömrünün axırına qədər bu vəzifədə çalışmışdır.

2015 –Azərbaycan teatr və kino aktyoru, Əməkdar artist Ələsgər Məmmədoğlu 69 yaşında Bakı şəhərində vəfat etmişdir.
Əsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub.
1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib.
1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib.
1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib.
1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb və teatrın səhnəsində maraqlı epizodik rollar oynayıb.

Bayramlar və xüsusi günlər:

• İlin ən uzun gecəsi (“Şəbi-yəlda”)
Qışın daxil olduğu gün 21 dekabr – “Şəbi-Yəlda” adlanır və ilin ən uzun gecəsi sayılır. Belə hesab edilir ki, Yəlda gecəsi qış daxil olur. Həmin gün həm də çillənin daxil olduğu və gecə ilə gündüzün bərabər olduğu gündür. Müsəlman ölkələrində Şəbi-Yəlda ən sevimli ailə bayramlarından biridir. “Şəbi-Yəlda” münasibəti ilə onlar qohumların və dostların görüşünə gedirlər.

• Qış gündönümü (Şimal yarımkürəsində)

Qış gündönümü adlanan bu gündə Cənub yarımkürəsi daha çox istilik alır, ən uzun gündüzlər müşahidə olunur. Cənub qütb dairəsindən cənubda isə qütb gündüzləri baş verir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!