Tarixdə bu gün
İlin 360-cı günü (uzun illərdə 361-ci). İlin sonuna 5 gün qalır.
Mühüm hadisələr:
1991 — Xankəndi şəhəri və digər yaşayış məntəqələrinin tam işğalının və əhalinin deportasiya olunmasının başa çatması.
1991 — Misir və Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın müstəqilliyini tanıyıb.
Doğum günləri:

1919 – Məşhur Azərbaycan rəqqasəsi, Xalq artisti Əminə Dilbazi Qazaxda anadan olub.
1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq Üzeyir Hacıbəyovun bəstələdiyi “Kolxoz çölləri” mahnısını ifa edib. Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Dövlət Rəqs Ansamblının solisti (1936-1939), sonralar isə rəqs qrupunun rəhbəri olub. 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı “Çinar” tələbə rəqs kollektivinə rəhbərlik edib. 1967-ci ildə “Sevinc” qızlar ansamblını yaradıb. 1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərib. 1957-ci ildə Moskvada tələbə və gənclərin 6-cı ümumdünya festivalında qızıl medala layiq görülüb.
Əminə Dilbazi bir çox filmlərdə rəqslərə quruluş verib. Onun oynadığı “İnnabı”, “Tərəkəmə”, “Vağzalı”, “Turacı”, “Naz eləmə” rəqsləri xüsusilə məşhurdur. Repertuarına rus rəqsləri, ukrayna rəqsləri, özbək rəqsləri, ərəb rəqsləri də daxil olan Əminə Dilbazi “Leyli və Məcnun” operasında, “Arşın Mal Alan” və “O olmasın bu olsun” komediyaları və sair əsərlərdə də rəqslərə quruluş verib.
2010-cu il aprelin 30-da Bakı şəhərində vəfat edib.

1931— Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar mədəniyyət işçisi, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin sabiq prezidenti, tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfov Göyçə mahalının Cil kəndində anadan olub.
1950-ci ildə Göyçənin Toğluca kəndində orta məktəbi bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Kitabxanaşünaslıq və biblioqrafiya şöbəsinə daxil olmuşdur. A.Xələfov ali təhsilini başa vuran il BDU-da müəllim saxlanmışdır. 1962-ci ildə A.Xələfovun fəal iştirakı ilə BDU-nun Kitabxanaçılıq şöbəsi müstəqil Kitabxanaçılıq fakültəsinə çevrilmiş, o, bu fakültənin ilk dekanı olmuş və 25 il bu vəzifədə səmərəli fəaliyyət göstərmişdir. 1963-cü ildən ömrünün sonuna qədər Kitabxanaşünaslıq kafedrasının müdiri olmuşdur.
A.Xələfov SSRİ məkanında kitabxana işinin tarixi sahəsində ilk elmlər doktoru kimi şöhrət qazanmış və Azərbaycan kitabxanaşünaslıq elmi məktəbinin əsasını qoymuşdur.
27 aprel 2020-ci ildə 88 yaşında vəfat etmişdir.

1956 — Azərbaycanın Milli Qəhrəmanı Vəzir Surxay oğlu Orucov Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur.
1949-cu ildə atası Surxay ailəsi ilə birgə Dərələyəz mahalından deportasiya olunmuşdu. Orta təhsilini Xoruzlu kənd orta məktəbində almış, 1975-77-ci illlərdə hərbi xidmətə çağrılmışdır.
1992-ci ildə Xocalı soyqırımını eşidib, Arxangelskdən Azərbaycana qayıdaraq Tərtər Özünümüdafiə batalyonuna daxil olmuşdu. Orucov sıravi döyüşçü kimi mübarizəyə başlasa da komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdi. O, gəldiyi gün Tərtər şəhərinə getmək adı ilə evdən çıxır. Şıxarx istiqamətində qarşısına çıxan bir nəfər yaralı polis əməkdaşının silahını götürüb, heç kimə heç nə demədən Ağdərə uğrunda gedən döyüşə qatılır. Həmin axşam bir diri erməni əsgərini və silahını götürüb, geri qayıdır. Əsiri yerli özünümüdafiə batalyonunun qərargahına təhvil verir, əmanət olan avtomatı isə, söz verdiyi kimi, sahibinə qaytarır.
Oradan isə birbaş evlərinə gəlir və anasına deyir ki, daha onun yolunu gözləməsin.
1992-ci ilin avqust ayında Orucov Sərsəng su anbarında kəşfiyyatda olmuşdur. Onun ətrafında 30 nəfər PK pulemyotu ilə silahlanmış kəşfiyyatçı var idi. Sərdar Həmidovun dəstəsi öndən, Orucovun isə kəşfiyyat qrupu ilə düşmənin arxasından hərəkətə keçmişdi. Ermənistanın “Arabo” batalyonu həmin gün böyük itkilər vermiş və bu uğurlu əməliyyatın nəticəsində “Arabo” batalyonunun qırılmasına görə Ermənistan 3 gün matəm elan etmişdi.
1993-cü ildə Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən ağır döyüşdə Vəzir Orucov qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikasın Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı Fərmanı ilə Orucov Vəzir Surxay oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir:

1965 – Azərbaycanın Milli Qəhrəmanı Eldar İsfəndiyar oğlu Həsənov Cəlilabad rayonunda anadan olmuşdur. 1984-cü ildə Cəlilabad rayon Hərbi Komissarlığı tərəfindən orduya çağırılır. 1986-cı ildə xidmətini başa vurub Cəlilabad rayonunda sürücü işləyir. 1990-cı ildə Eldar Xüsusi Təyinatlı Polis Dəstəsinə üzv yazılır.
Erməni təcvüzü başlayanda, Eldar hər zaman döyüşlərin önündə olmuşdur. Laçın döyüşlərində mühasirəyə düşən neçə-neçə əsgərimizi mühasirədən çıxarmağa müvəffəq olmuşdu.
Ermənilər onun başına 50 min ABŞ dolları pul mükafatı qoymuşdular. 1994-cü ilin yanvar ayında onun ikinci cəbhə həyatı başlayır. Füzuli cəbhəsində düşmənin bir neçə zirehli texnikasını, onlarla canlı qüvvəsini məhv edən Eldarın adı daha da əfsanəyə dönmüşdü. 1994-cü il 12 may… Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə Eldar həmişəki kimi ön cərgədə idi. Qəfil atılan mərmi onun həyatına son qoydu.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Həsənov Eldar İsfəndiyar oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Cəlilabad rayonunun Lallar kəndində dəfn edilmişdir.
Cəlilabad Rayon Polis İdarəsinin həyətində büstü qoyulmuşdur.

1971 – Xalq artisti, aktrisa Nuriyə Əhmədova Bakıda (bəzi məlumatlara görə Şəkidə) anadan olub.
1970–1974-cü illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda Kino və dram aktyorluğu fakültəsində təhsil alıb .
İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb.
Kinoya ilk gəlişi 1982–ci ildə “Mozalan” süjetlərində çəkildikdən sonra olub.
Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə saat 04:30–da kəskin ürək tutmasından Bakıda vəfat etmişdir.
Vəfat etmişdir:

1995 – Azərbaycan şairi, nasir, publisisti, radio-telejurnalist Gəray Fəzli 70 yaşında vəfat etmişdir.
Gəray Fəzli 1925-ci il noyabrın 14-də Qax rayonunun İlisu kəndində anadan olmuşdur və İlisu kəndində boya-başa çatmışdı. Dünyaya payızda göz açsa da, ad gününü baharda, mayın 9-da qeyd edərdi. Səbəbi isə o idi ki, II Dünya müharibəsində dəfələrcə ağır yaralansa da sağ qala bilmişdi. Müharibənin sonuna yaxın sağ qolundan və boğazından ağır yaralanır, və bununla məktəb illərində məlahətli səsi ilə ürəkləri fəth edən gəncin təkcə bədəni yox, səsi də gülləbaran edilir.
Müharibədən sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil olur. Soyadı Alimov olan kənd müəllimi, atası Fəzli kişinin adını özünə təxəllüs götürür. 1956-cı ildə Azərbaycan Dövlət Nəşriyyatı cəbhəçi-şairin “Mənim səsim” şeirlər kitabını çap etdi. Çox keçməyir ki, sözügedən kitabdakı “Mənim səsim” şeiri şairin ömür payının ən ağrılı məqamları haqqında ballada kimi dillərə düşür. Sonralar xalq şairi Nəriman Həsənzadə Gəray Fəzli haqqında “İtirilmiş səs” adlı poema da yazır…
1950-ci illərinin sonunda Azərbaycan Radio və Televiziya Komitəsinə işə dəvət edirlər. O, burada 40 ilə yaxın, yəni ömrünün sonuna kimi müxtəlif vəzifələrdə işləmişdir.

2016 — AMEA-nın müxbir üzvü, tarix elmləri dokyoru, professor Məşədixanım Nemətova 92 yaşında vəafat etmişdir.
Məşədixanım Nemətova 1924-cü il yanvarın 5-də Bakının II Zabrat kəndində anadan olmuşdur.
1941-ci ildə orta məktəbi, 1948-ci ildə ADU-nun şərqşünaslıq fakültəsini bitirmişdir.
Elmi fəaliyyətinə 1953-cü ildən Azərbaycan SSR EA Tarix İnstitutunda başlamış, 1971-ci ildən epiqrafika qrupunun rəhbəri olmuşdur.
1993-cü ildən Arxeologiya İnstitutunda eyniadlı qrupun rəhbəridir. Azərbaycanın orta əsrlər epiqrafik abidələrini tədqiq edir. Ermənistan, Gürcüstan və Dağıstan ərazilərindəki müsəlman kitabələri haqqında da tədqiqatları var.
300-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifidir.
Məşədi Nemətin yetişdirdiyi mütəxəssis kadrlar epiqrafik abidələrin tədqiqi – kitabələrin aşkar edilməsi, estampı, fotosu, oxunması, tərcüməsi ilə yanaşı, problemlərin tədqiqi ilə də məşğuldurlar.
Məşədixanım Nemətin elmi fəaliyyəti respublikamızdan kənarlarda da dəyərləndirilib. 1991-ci ildə Tehranda təşkil olunmuş kitab sərgisində görkəmli alim kitabları ilə iştirak etmişdir.
2011-ci ildə Türkiyədə, Karsda keçirilmiş “Qazı Kars şehrengizi” simpoziumunda Məşədixanım Nemət türk-islam mədəniyyətinə xidmətə görə mükafatlandırılmışdır.slam mədəniyyətinə xidmətə görə mükafatlandırılmışdır.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.