Tarixdə bu gün
İlin 32-ci günü.
Mühüm hadisələr:
1918 — Şah hökuməti ilə danışıqlar aparmaq üçün Azərbaycan hökuməti Tehrana Fövqəladə Diplomatik Missiya göndərib. Missiyaya hüquqşünas İsmayıl xan Ziyadxan rəhbərlik edib.

2007 — Cənubi Azərbaycan BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı – UNPO-nun üzvlüyünə qəbul olunub. 2010 — Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində Azərbaycan Respublikası və Komor Adaları Birliyi arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanmışdır.
Doğum günləri:

1938 — AMEA Folklor İnstitutunun Azərbaycan folkloru şöbəsinin müdiri işləmiş , filologiya elmləri doktoru, professor İsrafil İsmayıl oğlu Abbaslı İrəvan şəhərində anadan olmuşdur. 1944-54-cü illərdə İrəvan Azərbaycan orta məktəbində təhsil almış, orta təhsili tamamladıqdan sonra 1955-1960–cı illərdə İrəvan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsində ali təhsil almışdır. 1960-cı ildə Bakı şəhərinə gəlmiş və 1961-ci ilin avqustundan Azərbaycan Elmlər Akademiyası Ədəbiyyat və Dil İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1987-cı ildən Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinin müdiri, 1997-ci ildən Ədəbiyyat İnstitutu Folklor EMM-nin Azərbaycan folkloru şöbəsinin müdiri, 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Azərbaycan folkloru şöbəsinin müdiridir. 1966-cı ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1998-ci ildə professor elmi adını almışdır. İ.Abbaslı altı cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin I cildi və ASE-nin III, VI, VII, VIII, IX, X cildlərinin əsas müəlliflərindəndir. Beynəlxalq indekslə çap olunan “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” məcmuəsində çap edilmiş bir sıra problem araşdırmaların müəllifidir. Beş cildlik “Azərbaycan dastanları”nın, iyirmi cildlik “Azərbaycan klassik ədəbiyyatı kitabxanası”nın I kitabı, əlli cildlik “Dünya uşaq ədəbiyyatı” seriyasının III kitabı, “Azərbaycan ədəbiyyatı inciləri” seriyasının “Dastanlar” cildinin, “Azərbaycan folklorunun ilkin nəşrləri” seriyasının və s. nəşrə hazırlanmasında yaxından iştirak etmiş, əksəriyyətinin redaktoru, tərtibçisi, ön sözün, lüğət və şərhlərin müəllifi olmuşdur. Çoxcildli “Azərbaycan folkloru antologiyası”nın I (Naxçıvan folkloru ), II (Borçalı folkloru) və “Qarabağ folkloru”nun tərtibçisi, ikicildlik “Dədə Qorqud Ensiklopediyası”nın redaktorlarından biri, “Koroğlu” eposunun isə (rus və Azərbaycan dillərində) tərtibçilərindən biridir.

1950 — Kimya elmləri doktoru, akademik, AMEA-nın Gəncə bölməsinin sədri, AMEA-nın həqiqi üzvü Fuad Yusif oğlu Əliyev Gəncə şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirdikdən sonra zabit rütbəsində ordu sıralarında xidmət etmiş, 1974-cü ildən AMEA Aşqarlar Kimyası İnstitutunda laborant, mühəndis vəzifələrində çalışmışdır. F. Əliyev 1976-cı ildə aspiranturaya daxil olmuş, 1981-ci ildə aspiranturanı müvəffəqiyyətlə başa vuraraq kimya elmləri namizədi elmi dərəcəsini almışdır. Elə həmin ildə də Rəyasət Heyətinin qərarı ilə Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. Fuad Əliyevin bilavasitə çalışdığı sahə yeni kükürd-üzvi birləşmələrinin sintezi və onlardan aşqarlar kimi istifadə etməklə müxtəlif xassələrə malik sürtkü yağlarının alınmasında istifadə olunmasıdır. Müxtəlif quruluşa malik birləşmələrin sintez olunmasında məqsəd onların quruluşunda və tərkibində olan funksional qrupların, hetroatomların yeni alınmış maddələrin xassələrinə təsirinin, bunların isə öz növbəsində sürtkü yağlarının keyfiyyətinə göstərə biləcəyi xassələrinin öyrənilməsidir.1983-cü ildən Gəncə Regional Elmi Mərkəzinin sədridir. F. Əliyev 1992-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsini almış, 2007-ci ildə isə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü (akademik) seçilmişdir. 84 elmi əsər, 16 elmi ixtira, 5 monoqrafiyanın müəllifidir. AMEA-nın Gəncədə dərc olunan “Xəbərlər” məcmuəsinin baş redaktorudur.

1967— Aşıq Ədalət Dəlidağlı (Ədalət Hacıbaba oğlu Qaraşov Kəlbəcər rayonunun Yellicə kəndində anadan olub. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra Kəlbəcərdəki yeddiillik musiqi məktəbində təhsil alıb. Hələ uşaq yaşlarından saz çalmağa başlayan Ədalətin ilk ustadı o zamanlar Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən aşıqlar ansamblının rəhbəri Əliş Quliyev olub. Saza olan sevgisi, yanğısı onu saz sənətinin sirlərinə daha dərindən yiyələnməsinə sövq edib. Məhz bu sirlərə yiyələnmək üçün sonralar “Bala Ədalət” Qəmkeş Allahverdidən, 1993-1998-ci illərdə isə ustad aşıq Ədalət Nəsibovdan mükkəməl dərs almışdır. Ədalət Dəlidağlının bütün saz-söz məclislərində öz yeri var, özünəməxsus şirinliklə ifa etdiyi saz havalarıyla saz-söz pərəstişkarlarının ruhunu oxşamaqda, ovsunlamaqdadır.
Vəfat etmişdir:

1999 — Türk musiqiçisi və televiziya aparıcısı Barış Manço vəfat edib . Barış Manço 2 yanvar 1943-cü ildə Üsküdar şəhərində anadan olub. Anası Rikkat Uyanık 1940-cı illərin əvvəllərində məşhur bir müğənni idi. İkinci Dünya müharibəsi dövründə dünyaya gələn böyük qardaşı, savaşın sonunu qeyd etmək üçün valideynləri tərəfindən Barış (“sülh”) olaraq adlandırıldığı zaman Savaş (Türkcə “müharibə”) adlandırıldı. Doğulduğunda, Yusufun Tosun adını verdiyi (tam mənası ilə: Yusuf Qüdrətli) əmisi Yusif Tosun adına əlavə edildi. Lakin bu ad ibtidai məktəbə qayıtmadan əvvəl silinmişdir. Manço qismən alban əslli idi. Qalatasaray Liseyinə gedərkən musiqi karyerasından başlayaraq, Türkiyədə rok musiqisinin qabaqcılığı və Anadolu kaya janrının qurucularından biri idi. Onun mahnıları çoxu ingilis, fransız, yapon, yunan, italyan, bolqar, rumın, fars, yəhudi, urdu, ərəb və alman kimi müxtəlif dillərə tərcümə edilmişdir.Televiziya proqramından (“7-dən 77-ə qədər) Manço dünyaya səyahət edib dünyanın bir çox ölkələrinə səfər edib . Türkiyənin ən məşhur ictimai xadimlərindən biri kimi tanınmaqdadır.

2004 — Azərbaycan rejissoru və aktyoru, Azərbaycan Respublikasının Xalq artisti Lütfi Şahbaz oğlu Məmmədbəyov Bakıda vəfat etmişdir. Lütfi Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Teatr Texnikumunda (1943-1947), M.Əliyev adına ADİİ-nun Rejissorluq fakültəsində (1961-1966) təhsil alıb. 1947-ci ildə bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib, 40-cı illərin sonunda bu teatr müvəqqəti olaraq bağlanarkən Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. 1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb. Böyük aktyorluq məktəbi keçmiş Lütfi Məmmədbəyov Akademik Milli Dram Teatrının səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru, televiziyada 60-dan çox televiziya tamaşasının rejissoru olub. Respublikada ilk çoxseriyalı televiziya filminin (Əlibala Hacızadənin əsəri əsasında 12 seriyalı “İtkin gəlin”) rejissoru da Lütfi Məmmədbəyov olub.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.