Tarixdə bu gün
İlin 39-cu günü
Mühüm hadisələr:
1806 — Rusiyanın Qafqazdakı işğalçı qoşunlarının komandanı, Azərbaycan torpaqlarının istilasında xüsusi amansızlıq göstərmiş general Pavel Sisianov Bakının Qala qapısı yanında qətlə yetirilib. Sisianov şəhərin təslim edilməsi barədə Bakı xanı Hüseynqulu xanla danışıqlar apararkən xanın qardaşı oğlu Aslan bəy tərəfindən öldürülmüşdür. Sisianovun ölümündən sonra rus qoşunlarının hücumları xüsusilə amansızlaşdı.
1806- cı ilin oktyabrında Bakı işğal edildi, 1813-cü ildə (Gülüstan müqaviləsi) Bakı xanlığının Rusiyaya birləşdirilməsi rəsmiləşdi.
1828 — İranla növbəti müharibə (1826-1828) gedişində Cənubi Azərbaycan torpaqlarını istila edən Rusiya qoşunları Ərdəbil şəhərini ələ keçiriblər. İşğal nəticəsində şəhərin bir çox tarixi-mədəni inciləri yağmalanmış, o cümlədən “Şeyx Səfi” məqbərəsindən 166 qədim əlyazma Sankt-Peterburqa aparılmışdır.

1907 — Təbrizdə şah rejiminə qarşı silahlı üsyan başlanıb. İran inqilabının (1905-1911) mərkəzi Cənubi Azərbaycana, Təbrizə keçib. Bir qədər sonra Səttərxanın fədai dəstələri bütün Cənubi Azərbaycanda inqilab hakimiyyətini bərqərar etdilər.
2013 — Fransız Qvianasında yerləşən Kuru kosmodromundan Azərbaycanın ilk peyki “Azərspace” orbitə buraxılıb.
Doğum günləri:

1914 — Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Yusif Əmən oğlu Əmənzadə Bakıda anadan olmuşdur.
Yusif Əmənzadə Azərbayçan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Neft-mədən fakultəsini fərqlənmə diplomu ilə qurtarıb və həmin institutda assistentlikdən kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir.
1959-çi ildən ömrünün axırına qədər Bakı Dövlət Universitetində “Nəzəri mexanika” kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1968-ci ildə Y.Ə. Əmənzadə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. 1972-çi ildə SSRİ-nin “Mexanika” üzrə Milli komitəsinin üzvü olmuşdur.
Bakı Dövlət Universitetində deformasiya olunan bərk cisim mexanikasının əsasını Azərbaycan EA-nın müxbir üzvü, Y. Ə. Əmənzadə qoymuşdur. Y. Ə. Əmənzadənin elmi marağı əsasən hissə-hissə bircins elastiki mühitdə gərginlik deformasiya vəziyyətinin tədqiqi və elastiklik nəzəriyyəsinin kontakt məsələləri ətrafında toplanmışdır. Bu sahədə onun tərəfindən əsaslı nəticələr alınmış, yeni həll üsülları tapılmış və bu məsələlərin ədədi həlli verilmişdir. Onun axırıncı tətqiqatları elastiki örtüklərin variasiya üsulu ilə həllinə həsr edilmişdir.
Y.Ə. Əmənzadə “Elastiklik nəzəriyyəsi” (rus dilində və ingilis dillərində), “Nazik elastik örtüklər nəzəriyyəsi üzrə ümumi kurs”, “Elastiklikl nəzəriyyəsinin hamarlılıq məsələsi” dərsliklərinin müəllifi və həmçinin “SSRİ-də elastiklik nəzəriyyəsinin əlaqə məsələrinin həlli” monoqrafiyasının həmmüəllifi olmuşdur.
O, 150-dən çox elmi məqalə çap etdirmişdir. Y.Ə. Əmənzadə 40-dan çox elmlər namizədi və 5 elmlər doktoru yetişdirmişdir.
Y.Ə.Əmənzadə 11 mart 1982-ci ildə 68 yaşında vəfat etmişdir.

1929 — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının Xalq rəssamı Məmmədağa Hüseynağa oğlu Hüseynov Bakıda anadan olmuşdur.
1949-cu ildə Moskvada – Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsinə qəbul olunmuşdur.
1955-ci ildə institutu bitirib Bakıya qayıtmışdır . Həmin ildə də “Azərbaycanfilm” də əmək fəaliyyətinə başlamışdır. 20-yə qədər filmdə quruluşçu rəssam kimi çıxış edir. Azərbaycanın mədəni həyatında fəal iştirak edir. Respublika və xarici ölkələrdə keçirilən sərgilərin iştirakçısıdır.
İstedadlı fırça ustası 1969-1975-ci illərdə respublika Kinematoqrafiya İttifaqının katibi vəzifəsində, ömrünün sonuna kimi “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam işləmişdir. “Kölgələr sürünür”, “Böyük dayaq”, “Əhməd haradadır?”, “Dağlarda döyüş”, “Bizim Cəbiş müəllim”, “İntizar”, “O qızı tapın”, “Qocalar, qocalar”, “Asif, Vasif, Ağasif” və başqa bədii filmlərə bədii tərtibat vermişdir.
Təsviri sənət məktəbinin layiqli davamçısı Məmmədağa Hüseynov gənc rəssamların yetişməsinə var gücü ilə qayğı göstərmişdir. O, xeyli müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəngkarlıq kafedrasının müəllimi olmuşdur.
20 yanvar 3002-ci ildə 72 yaşında Bakıda vəfat etmişdir.
Vəfat etmişdir:

1265 — Elxanilər dövlətinin qurucusu Hülakü xan vəfat etmişdir. O, Çingiz xanın nəvəsi, Mengü xanın və Xubilay xanın qardaşıdır.
Hülakü xan 1217-ci ildə doğulmuşdur. O, beşinci monqol ulusu olan Elxanilər dövlətinin qurucusudur və bu, daha sonra Səfəvilər dövlətinin və müasir İranın yaranmasına zəmin yaratdı. Hülakü xanın işğalları İranı qərbdən Avropa təsirinə və şərqdən Çinin təsirinə açdı. Hülakü xanın hakimiyyəti dövründə fars tarixçiləri ərəb dilinin yerinə fars dilini istifadə etməyə başladılar.
1255-ci -ci ildə Orta Şərqdə torpaqların fəthini bitirmək məqsədi ilə Mengü xan tərəfindən bölgədəki ərazilərin hökmdarı təyin edilmişdir.
Hülakü xan 1265-ci ildə vəfat etmiş və Urmiya gölündə yerləşən Şahı adasında dəfn olunmuşdur. Hülakü xandan sonra onun yolundan gedən Abaqa xan hakimiyyətə gəldi.
Hülakü xan 1255-ci ildə Orta Şərqdə torpaqların fəthini bitirmək məqsədi ilə Mengü xan tərəfindən bölgədəki ərazilərin hökmdarı təyin edilmişdir.
Hülakü xan Urmiya gölündə yerləşən Şahı adasında dəfn olunmuşdur. Onun dəfni insan qurban edilən tək Elxani dəfni olmuşdur. Hülakü xandan sonra onun yolundan gedən Abaqa xan hakimiyyətə gəldi.
Hülakü xan beşinci monqol ulusu olan Elxanilər dövlətinin qurucusudur və bu, daha sonra Səfəvilər dövlətinin və müasir İranın yaranmasına zəmin yaratdı. Hülakü xanın işğalları İranı qərbdən Avropa təsirinə və şərqdən Çinin təsirinə açdı. Hülakü xanın hakimiyyəti dövründə fars tarixçiləri ərəb dilinin yerinə fars dilini istifadə etməyə başladılar.

1992 — Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq, Xalq artisti, professor, 1953-1957-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuş Əşrəf Cəlal oğlu Abbasov 72 yaşında vəfat etmişdir.
Əşrəf Cəlal oğlu 1920-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbi tarixtisası üzrə Şuşada bitirmişdir. 1948-ci ildə Azərbaycan Konservatoriyasını, 1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirmişdir. Əşrəf Abbasovun fəaliyyətinin bir sahəsi də musiqi elmi ilə bağlı olmuşdur. Azərbaycan musiqisinin nəzəri problemlərini araşdıran tədqiqatçı-alim 1952-ci ildə Moskvada “Üzeyir Hacıbəyov və onun “Koroğlu” operası” mövzusunda dissertasiya işini müdafiə edərək sənətşünaslıq namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
1953–1957-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuşdur.
1957-1972-ci illərdə Bəstəkarlıq kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Əşrəf Abbasov 1965-ci ildə ilk Azərbaycan uşaq baleti “Qaraca qız”ı yazmışdır. O, fortepiano və orkestr üçün konsertin (1946), simfonik orkestr üçün “Konsertino”nun (1948), “Şuşa” (1945), “Gələcək gün” (1952), “Dramatik” (1953) simfonik poemalarının, “Səndən mənə yar olmaz” (1963), “Dağlar qoynunda” (1970) operettalarının, bir çox instrumental əsərin xor mahnı, romansın müəllifidir.
Musiqi sahəsindəki xidmətlərinə görə 1963-ci ildə bəstəkara Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri fəxri adı verilmişdir.
1968-ci ildə Əşrəf Abbasova professor elmi rütbəsi verilmişdir.

2018 —Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının Xalq artisti , “Şöhrət”ordeni mükafatçısı, Azərbaycan SSR Dövlət Mükafatı Laureatı Zərnigar Fəti qızı Ağakişiyeva 73 yaşında vəfat etmişdir.
Zərnigar Ağakişiyeva 1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub.
O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin təşəbbüsü ilə A.Ostrovskinin “Müdriklər” dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.
Əlamətdar gün və bayramlar

8 Fevral günü 2008-ci ildən etibarən Beynəlxalq Nənələr və Babalar Günü kimi qəbul edilmişdir.
Məqsədi: Yaşlı nəslin cəmiyyətdəki rolunu vurğulamaq, onlara qayğı və diqqət göstərmək.
Qeyd olunması: Avropada (Fransa, İtaliya, Polşa, İspaniya) geniş yayılmışdır. Ailələr nənə və babalarını ziyarət edir, onlara hədiyyələr təqdim edirlər.
Fərqli tarixlər: Bəzi ölkələrdə bu gün fərqli tarixlərdə qeyd edilir:
Fransa: Martın ilk bazar günü.
İtaliya: Oktyabrın ilk bazar günü.
Polşa: Nənələr günü (21 yanvar) və Babalar günü (22 yanvar) ayrı-ayrı qeyd edilir.
Estoniya: Sentyabrın ikinci bazar günü.
1999-ci ildən etibarən ilk dəfə Türkiyədə və dünyada Baba və Nənələr Günü qeyd olunmağa başlayıb, hər il bu məqsədlə “İlin baba və nənələri” seçilməkdədir.
Əziz Nənələr, “Ana və Uşaq” portalı Nənələr Günü bayramı münasibəti ilə Sizi təbrik edir, Sizə çoxlu səbir və nəvə arzulayırıq.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.