Tarixdə bu gün

İlin 72-ci (uzun illərdə 73-cü) günü.
Mühüm hadisələr:
1869 — Rus kimyaçısı Dmitri Mendeleyev Dövrü sistemin tərtibini tamamlamışdır.
1995 — Azərbaycan Respublikası Syerra-Leone ilə diplomatik əlaqələr qurmuşdur.
Doğum günləri:

1888 —SSRİ pedaqoqu və yazıçısı Anton Semyonoviç Makarenko Xarkov quberniyasının Belopolye kəndində anadan olmuşdur.
Makarenko Poltava Müəllimlər İnstitutunu qızıl medalla bitirmiş və Kryukova ibtidai məktəb müfəttişi vəzifəsinə təyin olunmuşdur. A.S.Makarenko 1920-ci ildə Davranış pozuntusu olan yeniyetmələr koloniyasına müdir təyin olunmuşdur.1926-cı ilin may ayında bu koloniya bərbad halda olan Kuryajdakı koloniya ilə birləşdirilmişdir.
A.S.Makarenkonun pedaqoji ideyasının əsasını kollektivdə, kollektiv vasitəsi ilə, kollektiv üçün tərbiyə prinsipi təşkil edirdi. O, düşünürdü ki, pedaqoqların qarşısında duracaq məqsəd kollektivi təşkil və tərbiyə etməkdir. O, düşünürdü ki, kollektiv nail olmaq istədiyi hədəfə çatdıqda, yeni hədəfə çatmağı qarşıya məqsəd qoymalıdır. Yoxsa kollektivin fəaliyyəti tükənər, onda bir rahatlanma baş verər və onun üzvlərini ruhlandıran arzu və istək olmaz. Makarenko tərbiyədə “paralel təsir” prinsipi əsas yerlərdən birini tutur.
1 aprel 1839-cu ildə 51 yaşında vəfat etmişdir.

1918 — Səməd Vurğunun həyat yoldaşı Xavər Əhməd qızı (Mirzəbəyova) Vəkilova 1918-ci il martın 13-də Dərbənd şəhərində zadəgan ailəsində anadan olub. Xavər xanım Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki musiqi məktəbində təhsil almışdı.1941-1946-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində bitirib.1934-cü ildə Azərbaycanın Xalq şairi Səməd Vurğununla ailə həyatı qurub.
1975-ci ilin oktyabr ayında açılan Səməd Vurğunun ev-muzeyi yaranan gündən ömrünün sonunadək muzeyin direktoru vəzifəsində çalışdı. “Əməkdar mədəniyyət işçisi” adına, Prezidentin fərdi təqaüdünə layiq görüldü, ömrünün sonunadək muzeyin direktoru vəzifəsində çalışdı.
16 yanvar 2006-cəildə 87 yaşında vəfat etmişdir.

1927 — Azərbaycan Respublikasının və Rusiyanın Xalq artisti Nodar İzzət oğlu Şaşıqoğlu Batumidə anadan olmuşdur.
O, təkcə bir filminin uğuru ilə həmişəlik Bakıya bağlanmışdrı.
Tiflisdə orta məktəbi, daha sonra Şukin adına Teatr İnstitutunu bitirmib. 1 il Vaxtanqov adına teatrda, 5-6 il Moskvada Taqanka teatrında çalışmışdır.
İlk rolu “Mosfilm”də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İsgəndərbəyov haqqında çəkilən filmdə olub. Sonra “Andrieş” filmində baş rolu oynayıb. . Bu filmdən sonra “Odessa” kinostudiyasında çalışıb.
Daha sonralar “Uzaq sahillərdə” , “Əsl dost”, “Mateo Falkone”, “Onun böyük ürəyi”, “Bizim küçə”, “Leyli və Məcnun” filmlərinə çəkilib.
12 aprel 2013-cü ildə Bakıda vəfat etmişdir.

1928 — Azərbaycanda ilk klassik skripka ifaçısı, Xalq artisti Azad Əliyev anadan olmuşdur.Onun atası xalq musiqisinin, muğamlarımızın gözəl bilicisi olmuş, Şuşa musiqi məktəbinin, Gəncə Musiqi Texnikumunun direktoru olub.
Musiqi təhsilini başa vuran A.Əliyev 1951-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru dahi bəstəkar Qara Qarayevin təklifi ilə həm simli kvartetin birinci skripkaçısı, həm də konservatoriyada skripka ixtisası üzrə müəllimlik etməyə başlayıb. Həmin dövrdən ömrünün son illərinə qədər A.Əıiyev Azərbaycanın musiqi mədəniyyətinin ən qabaqcıl və tanınmış xadimlərindən birinə çevrilib. O, həm M.Moqamayev adına Azərbaycan Dövlət Filarmoniyasının simli kvartetində birinci skripkaçı, həm solo ifaçı, həm də müəllim kimi qızğın və fəal işə başlayır.
Müxtəlif mötəbər musiqi yarışmalarında iştirak etmiş A.Əliyev 1956-cı ildə solo ifaçı kimi Azərbaycan gənclərinin birinci festivalının birinci mükafatçısı, kvartetin heyətində isa ikinci mükafata, 1957-ci ildə kvartetin heyətində Moskvada keçirilən musiqiçi – ifaçıların müsabiqəsində, gənclərin Ümumittifaq festivalında ən yüksək mükafata – qızıl medala, həmin il gənclərin və tələbələrin VI Beynəlxalq Festivalının gümüş medalına, 1958 – ci ildə isə solo ifaçı kimi pianoçu və skripkaçıların C.Enesky adına beynəlxalq müsabiqəsinin diplomuna layiq görülüb.
Mahir skripkaçı, gözəl insan, Azərbaycanın xalq artisti, professor Azad Əliyev milli Azərbaycan skripka ifaçılığı məktəbinin yaradıcılarından biri olub.
Xalq artisti 17 avqust 1994-cü ildə 66 yaşında vəfat etmişdir.

1945— Tanınmış xanəndə, 1969-1993-cü illərdə Gəncədəki Fikrət Əmirov adına “Göy göl” mahnı və rəqs ansamblının solisti olmuş Rövşən Behcət 1945-ci Cənubi Azərbaycanda dünyaya gəlib.
1961-ci ildən ailəsi ilə birlikdə Gəncədə məskunlaşıb.
“…Rövşən Behcət 1969-cu ildə Fikrət Verdiyevin yaratdığı “Göy göl” xalq çalğı alətləri ansamblında çalışmağa başlayıb. Az müddətdə repertuar təşkil olunur. Televiziyada çıxış edib.
1972-də Bakıya köçmək istəsə də, Fikrət Verdiyev onu qərarından döndərir. Bakıya köçmək fikrindən daşınır. Amma arada buna görə çox peşmançılıq da çəkib.
“Göy göl” 1977-ci ildə artıq Dövlət Mahnı və Rəqs Ansamblı statusu almışdı. 1984-cü ildə SSRİ vətəndaşlığını qəbul etdiyinə görə, xarici ölkələrə də gedə bilirdi. İttifaq respublikalarında, Almaniyada, Meksikada keçirilən konsertlərdə iştirak edirdi. Ancaq hər şey birdən-birə əksinə çevrilməyə başlayır…
1993-cü ildə isə heç gözləmədiyi halla rastlaşır – iflic olur.. “(Bax:(http://news.lent.az/news/45081)
1993-cü ildə iflic keçirdikdən sonra sənət fəaliyyətini dayandırıb. Onun ifasında bir çox mahnılar, muğamlar, təsniflər və s. “Qızıl Dond”da saxlanılır.
Rejissor Miri Rzayev 2007-ci ildə onun həyat və yaradıcılığından bəhs edən “Yorulmamışam” filmini ekranlaşdırıb.
Rövşən Behcət uzun sürən xəstəlikdən sonra 2011-ci ilin avqust ayının 19-da dünyasını dəyişib.
Vəfat etmişdir:

1994—Tanınmış Azərbaycan aktyoru və rejissoru, bədii qiraət ustası, pedaqoq olmuş Həsən Abbasqulu oğlu Əbluc 51 yaşında Bakıda vəfat etmişdir.
Həsən Əbluc 22 aprel 1942-ci ildə Təbrizdə anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Əvvəlcə Politexnik İnstitutuna qəbul olunub. Birinci kursdan sonra sənədlərini aktyorluq fakültəsinə verib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyоrluq və rejissоrluq fakültəsini bitirib. Elə həmin il Dram Teatrında rumın yazıçı Sebastyanın “Adsız ulduz” tamaşasına quruluş verib. Sоnralar Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirib. Kinostudiyada film dublyajlarında iştirak edib. Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından dərs deyib. Bədii qiraət ustası kimi klassik və çağdaş şairlərimizin poeziya nümunələrini minlərlə tamaşaçıya və dinləyiciyə çatdırıb. Həsən Əbluc rejissorluq kursunu da bitirib. Müxtəlif dövrlərdə bir neçə teatr və televiziya tamaşasının quruluşçu rejissoru olub. Həsən Əbluc 13 mart 1994-cü ildə vəfat edib. Ənvər Əbluc оnun haqqında “Həsən Əbluc” filmini lentə alıb.

1975 — Gökəmli mətnşünas alim Əli Fəhmi 56 yaşında Bakıda vəfat etmişdir.
Əli Fəhmi 1919-cu il fevralın 17-də Bakının Sabunçu qəsəbəsində anadan olmuşdur. İlk ixtisası həkimlik olan Əli Fəhmi Bakı Tibb İnstitutunda təhsil alarkən Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər xanımla tanış olub, onun vasitəsi ilə Müşfiqlə ünsiyyət bağlamışdır. Ona “Fəhmi” təxəllüsünü də bədahətən şeir demək bacarığına görə Müşfiq verib. “Səndə İmam Əli fəhmi var” – deyən Müşfiqlə Əli Fəhminin dostluğu şair həbs olunub güllələnə qədər davam edib. Dilbər xanımdan “Müşfiqin yubileyində kim çıxış etsə yaxşı olar” deyə soruşduqda “Əlbəttə ki, Əli Fəhmi” deyə cavab vermişdir.
Klassik poeziyaya olan böyük marağı onu 2ici ali təhsil almaq üçün ADU-nun Azərbaycan ədəbiyyatı və tarixi fakültəsinə gətirdi. 1952-ci ildə Əli Fəhmi həmin fakültənin qiyabi şöbəsini fərqlənmə diplomu ilə bitirir və professor Feyzulla Qasımzadənin təkidi ilə müstəsna hal kimi aspiranturada saxlanılır. Burada o, Feyzulla Qasımzadənin elmi rəhbərliyi ilə “Seyid Əzim Şirvaninin həyat və yaradıcılığı” mövzusunda namizədlik işi üzərində çalışmalara başlayır. Lakin son anda bəlli olur ki, həmin iş digər bir aspirant tərəfindən işlənir. Sovet dövrünə xas olan haqsızlıq, süründürməçilik onu bezdirir, bu işi yarımçıq qoymağa vadar edir.
Əli Fəhmi ADU-da mətnşünaslıqdan dərs deyir, qəzəllərin elmi təhlilini verir, jurnalistika fakültəsinin tələbələrinə ərəb əlifbasını tədris edirdi.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.