Etnoqrafiya

Minilliklər boyu at insanın sadiq dostu və yol yoldaşı olub. Elmin inkişafına və texniki tərəqqiyə baxmayaraq, müasir dünyada atçılığa maraq qətiyyən dəyişməyib. Türk Dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda qədim zamanlardan atçılıqla məşğul olurlar. Yəqin ki, Azərbaycanda ən məşhur milli at cinsi vətəni Qarabağ olan Qarabağ qaçağanıdır. Lakin bu cinsin bütün Azərbaycan ərazisində yayıldığını və ölkəmizin regionlarında yetişdirildiyini söyləmək olar. Qarabağ atları milli irsin rəmzi və hər bir azərbaycanlının qürur mənbəyidir.
Oxumağa davam et

