1919 — Versalda ermənilər Azərbaycan və gürcü nümayəndə heyətinin konfederasiya yaratmaq təklifinə qarşı çıxıb. 1929 — ABŞ-da “Oskar” mükafatı təsis olunub. 1997 — Azərbaycan Avropada adi silahlar haqqında konvensiyaya qoşulub. 1998 — Azərbaycanda “Uşaq hüquqları haqqında” Qanun qəbul edilib. Bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir.
1912 — Üzeyir Hacıbəylinin beşinci muğam operası olan “Әsli vә Kәrәm” operasının ilk premyerası baş tutmuşdur. 1944 — Krım tatarlarının deportasiyasına başlanılıb. 1992 — Laçın rayonu Ermənistan tərəfindən işğal edilib. 1992 — Azərbaycan Respublikası Moldova ilə diplomatik əlaqələr qurub.
1907 — Görkəmli Azərbaycan pediatrı və səhiyyə təşkilatçısı, tibb elmləri doktoru , professor, Əməkdar həkim Kübra Yəhya qızı Fərəcova Qubada anadan olmuşdur. 1931-1979-cu illərdə Kürdəmir qız məktəbinin təşkilatçı və müəllim, Azərbaycan SSR Xalq Səhiyyə Komissarının müavini, AKP MK-də təlimatçı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, Azərbaycan SSR Səhiyyə naziri, N.K. Krupskaya adına Ana və Uşaq Mühafizəsi İnstitutunun direktoru və s. vəzifələrdə işləmişdir.
1893— Məşhur ədəbiyyatşünas, şair, türkoloq, dilşünas, mətnşünas, filologiya elmləri doktoru professor Bəkir Çobanzadə Krımda, Tavrida vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində anadan olmuşdur. Burada ibtidai təhsil almışdır. 14 yaşında ikən qeyri-adi zəkası ilə diqqəti cəlb etmişdir. Dini Xeyirxahlar Cəmiyyəti onu Türkiyəyə Qalatasaray liseyi — “Sultaniyyə”yə təhsilini davam etdirməyə göndərmişdir.
1805 — Kürəkçay çayı sahilində — Knyaz Sisianovun düşərgəsində, (indiki Goranboy rayonu ərazisi) birinci olaraq Qarabağ xanı İbrahimxəlil xan tərəfindən, sonra isə – 21 mayda (2 iyun), Şəki xanı Səlim xan tərəfindən Qarabağ xanlığının Rusiyaya ilhaq edilməsi haqqında Kürəkçay müqaviləsi imzalanıb. Rusiya İmperiyası adından isə müqaviləyə Rusiyanın Qafqaz qoşunlarının baş komandanı Knyaz Sisianov imza atmışdır.