Baş redaktordan

Tarixdə bu gün
İlin 289-cu (uzun illərdə 290-cı) günü.
Mühüm hadisələr:
1806 – Rusiya və Osmanlı arasında yeni müharibə başladı.
1830 – Zaqatalada Rusiya işğalına qarşı 21 iyunda başlayan üsyan yatırıldı.

2006 – GUAM Parlament Assambleyasına rəhbərlik Azərbaycana keçdi.
2007 –Tehranda Xəzəryanı ölkələrin dövlət başçılarının ikinci zirvə toplantısı keçirildi.
Oxumağa davam etTarixdə bu gün
İlin 288-ci günü (uzun ildə 289-cu).
Bu tarixdə ilin sonuna 77 gün qalır.
Mühüm hadisələr:
1806 – Bakı xanlığı Rusiyanın tabeliyinə keçmişdir.

1964 – Oktyabr ayının 15-də Azərbaycan radiosunun “Araz” xəbərlər və musiqi proqramı ilk dəfə efirə çıxdı. “Araz”ın çağırış musiqisi Fikrət Əmirovun idi. “Araz” əvvəlki dövrdə dinləyicilərə 12 saatlıq veriliş təqdim edirdi. Müəyyən müddətdən sonra isə radionun I proqramı ilə yayımlanan bəzi verilişlər “Araz” vasitəsilə təkrar olunurdu.
Oxumağa davam etTarixdə bu gün

İlin 287-ci (uzun illərdə 289-cu) günü.
Mühüm hadisələr:
1743 — Şirvanda üsyan. Üsyançılar Ağsu şəhərini ələ keçirdilər.
1993 — BMT Qarabağa dair 874 saylı qətnaməni qəbul etdi.
Oxumağa davam etTarixdə bu gün
İlin 286- cı günü
İlin sonuna 79 gün qalır.
Mühüm hadisələr:
1921 – ZSFSR ilə Türkiyə arasında Qars müqaviləsi imzalanmışdır.
1923 – Türkiyə Böyük Millət Məclisi Ankaranın Türkiyə paytaxtı olması ilə bağlı qərar qəbul etmişdir.

1734 – Rus qoşunu Gəncə qalasını mühasirəyə almışdır.
1880 –Bakı-Sabunçu-Suraxanı xəttinin istifadəyə verilməsi ilə Azərbaycanda dəmir yolu nəqliyyatının əsası qoyulmuşdur.
1997 – Moskvada Azərbaycan məktəbi açılmışdır.
Oxumağa davam etMaraqlı məlumatlar

“Övladlarını sevməyən atalar ola bilər, lakin nəvəsini dəlicəsinə sevməyən, ona pərəstiş etməyən heç bir baba yoxdur.”
Viktor Hüqo
Tarixdə bu gün
İlin 285- ci günü
İlin sonuna 80 gün qalır.
Mühüm hadisələr:
1813 – “Gülüstan” müqaviləsi imzalanıb. Bu müqavilə 1812-ci ilin mayında Osmanlı imperatorluğu ilə Buxarest sülh müqaviləsini imzalayan Rusiya hökumətinin Cənubi Qafqazda əl-qolu daha da açıldı. Rusiya əsas diqqəti cənub sərhədinə yönəldərək İrana ciddi zərbələr endirdi. Bu zərbələr, o cümlədən Lənkəran məğlubiyyəti İranı sülh danışıqlarına başlamağa məcbur etdi. Mənbələrdə deyildiyi kimi, “İran dövləti ruslar tərəfindən tutulmuş torpaqların geri qaytarlımasına ümidini itirdi”.

Tarixdə bu gün
İlin 283- cü günü
İlin sonuna 82 gün qalır.
Mühüm hadisələr:
1997 — Azərbaycan Avropa Mədəniyyət Konvensiyasına qoşulmuşdur.
1998 —- Heydər Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
2007 — GUAM-ın yaradılmasının 10 illiyi münasibətilə Vilnüs toplantısı keçirilmişdir.
Doğum günləri:

1982 — İctimai Televiziyadnın jurnalisti və aparıcısı (“Carçı” verilişi) Tamilla Şirinova anadan olub.
Oxumağa davam etMövqe

Son günlər xaricdəki bəzi dairələrin diktəsi ilə Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında “hicab qadağası” bəhanəsiylə keçirilən aksiyalar və səsləndirilən populist şüarlar hər bir ayıq-sayıq Azərbaycan vətəndaşında haqlı narazılıq doğurur. Dövlətimizin milli-mənəvi dəyərlərə verdiyi yüksək qiyməti görməzdən gələnlərə və bu həssas mövzunu siyasi alətə çevirmək istəyənlərə bir neçə mühüm həqiqəti xatırlatmaq borcumuzdur.
Oxumağa davam etTarixdə bu gün
İlin 283- cü günü
İlin sonuna 82 gün qalır.
Mühüm hadisələr:
1918—Bakı şəhərində ilk yanğın komandası təsis edilmişdir. Bu, Azərbaycan Demokratik Respublikasında ilk Yanğından Mühafizə Xidməti idi.
1963 – Yerin təkində, suda və havada nüvə sınaqlarının qadağan edilməsinə dair müqavilə imzalanmışdır.
2007 – GÜAM çərçivəsində Azərbaycan, Gürcüstan, Moldova Respublikası və Ukrayna prezidentləri Strasburqda Birgə Bəyannamə imzalamışlar.
2009 – İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair protokollar – “Diplomatik münasibətlərin təsis olunması protokolu” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu” imzalanmışdır.
Doğum günləri:
