Unknown's avatar

akifahmedoffgmailcom haqqında

"Ana və Uşaq" 2005-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmış mətbu nəşrdir.Bir müddət ənənəvi çap formasında, 2012-ci ildən nəşr formasını dəyişərək sayt kimi, 2022-ci ilin aprel ayından isə WordPress üzərində bloq kimi yayımlanmaqla fəaliyyət göstərməyə başlayıb. Ana,ailə və uşaqlar haqqında maarifləndirici, əxlaqi-tərbiyəvi mövzuda yazılar təqdim edəcəkdir. "Ana və Uşaq" dedikdə təkcə qadınlar, uşaqlar nəzərdə tutulmamalıdır. Azərbaycan bizim hər birimizin anasıdır və biz də onun övladlarıyıq. Bu mənada bloqumuz süd qoxulu körədən tutmuş, ixtiyar qocayadək hər kəsin mətbu ehtiyaclarına xidmət edəcəkdir.

Ağacların insanlığa verdiyi faydanın mində birinə dəyməz bu cərimələr

Mövq

İnstaqramda BAKU.WS -nin Azərbaycan  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən paylaşdığı bir məlumatına rast gəldim. Məlumatda yazılmışdı ki,  Bakı şəhəri Zabrat qəsəbəsi Fərman Salman küçəsi, Nizami rayonu El Süleymanov küçəsi 135 ünvanında, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Samirov küçəsində, İmişli rayonunun ərazilərində ağacların kəsilməsinə 49 min 400 manat məbləğində ziyan dəymişdir.

Oxumağa davam et

4 sentyabr

Tarixdə bu gün

İlin 247-cı günü (uzun illərdə 248-ci).

İlin sonuna 118 gün qalır.

Doğum günləri:

973 – Xarəzm alimi Əl-Biruni anadan olmuşdur. O, XI əsrin ən böyük coğrafiyaşünası hesab olunur. Əl-Biruni tarix, etnoqrafiya, təbiətşünaslıq, riyaziyyat, astronomiya, mineralogiya və s. elm sahələrinə aid 150-dən çox əsərin müəllifidir. Özünün uzun səyahətləri zamanı İran yaylasını, Xəzər dənizinin şərq və cənub sahillərindəki ölkələri, Mərkəzi Asiyanın böyük hissəsini öyrənmişdir.

Oxumağa davam et

Təhsildə bərabərlik və intizamın rəmzi: Məktəblilər və müəllimlər üçün geyim forması

Müzakirə

Təhsilin edə bilməyəcəyi heç bir şey yoxdur. Heç bir şey onun təsir dairəsindən kənarda qala bilməz. Yalnız təhsil pis əxlaqı yaxşılığa çevirə bilər: İnsanları mələklər səviyyəsinə yüksəldə bilər.

Mark Tve

Oxumağa davam et

3 sentyabr

Tarixdə bu gün

İlin 246-cı günü (uzun illərdə 247-ci).

İlin sonuna 119 gün qalır.

Mühüm hadisələr:

1588 – Gəncə qalası tikdirilib.

1683 – Osmanlı ordusu Bağdad səfəri üçün Diyarbəkirə toplanmışdır.

1859 – Şeyx Şamil Dağıstandan Sankt-Peterburqa gətirilmişdir.

1869 – İstanbulda yeni nəqliyyat növü – konka istifadəyə verilmişdir.

2004 – Beslanda girovlar azad edilməsi üçün keçirilən xüsusi əməliyyatda 344 nəfər həlak olmuşdur.

Oxumağa davam et

Salam verdim bir gözələ

Nostalji

Min illərçün də Allahdan
Gecə-gündüz, hər an, hər an
səni özümə həm sultan,
həm də, həm də
kölə istədim niyə?!

Vaqif Bayatlı

Oxumağa davam et

2 sentyabr

Tarixdə bu gün

 İlin 245-ci günü (uzun illərdə 246-cı).

İlin sonuna 120 gün qalır.

Mühüm hadisələr:

1642 – İngilis parlamenti teatrı qadağan edib.

1991 – Separatçı Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibindən çıxdığını bəyan edir.

Oxumağa davam et

31 avqust

Tarixdə bu gün

İlin 243-cü (uzun illərdə 244-cü) günü.

Mühüm hadisələr:

2005 — Bağdadda Dəclə çayı üzərindəki körpüdə yaranmış basırıq nəticəsində 1 199 insan həlak olmuşdur.

2012 — Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səfərov Ramil Sahib oğlu ekstradisiya yolu ilə Vətəninə qayıtmış və eyni gündə Prezidentin əfv sərəncamı ilə cəza çəkməkdən azad edilib.

 Doğum günləri:

1923— Sovet İttifaqı Qəhrəmanı Mirzə Dövlət oğlu Vəliyev Qusar rayonunun Yuxarı Ləgər kəndində anadan olmuşdur.

Oxumağa davam et

30 avqust

Tarixdə bu gün

Mühüm hadisələr:

1991 — Azərbaycan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyasında on illər boyu öz respublikasının dövlət müstəqilliyini bərpa etməyə can atmış Azərbaycan xalqının iradəsini ifadə edərək “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannamə qəbul etmişdir.

1992 — Azərbaycan Respublikası Qazaxıstan ilə diplomatik əlaqələr qurmuşdur.

Oxumağa davam et