Arı kimi əri olanın cənnət kimi yeri olar…(II yazı)

Təbiət – yaşıl sipərimiz

Arıların həyatı çox heyranedicidir. Dünyada, təxminən, 25.000 arı növü məlumdur.
Elmi məlumatlara görə arılar 130 milyon il əvvəl ilk çiçəkli bitkilərlə (angiospermlər) meydana gəlmişdir.
Onlar insanların əhliləşdirdikləri ilk həşratlardır.
Arılar, arılar və qarışqalar Hymenoptera həşərat dəstəsinə aiddir.


Arılar təbiətin ən kiçik canlıları arasında qərarlaşsa da, planetimiz üçün əhəmiyyəti torpaq, su və günəş qədər böyükdür. Çünki toxumların çiçəklə inkişaf etməyə başlaması üçün onlarda tozlanma baş verməlidir. Arıların təməl fəaliyyətləri bitkilərin bu cür tozlanmasını təmin etməkdir.
Elmi izaha görə, arılar təbiətdəki ən təsirli tozlandırıcılardan biridir. Arılar nektar və çiçək tozcuqları üçün yem axtararkən bir çiçəyin erkək hissəsindən (anterlərdən) tozcuqları köçürür, mayalanma və toxum əmələ gəlməsini asanlaşdırır. Bu proses bir çox bitki növlərinin, o cümlədən insanların qida üçün etibar etdiyi məhsulların əhəmiyyətli bir hissəsinin çoxalması üçün vacibdir. Arılar olmazsa, planetimizdə mövcud olan 100 min bitki növü də yox olar.
Bəli, arıların bioloji müxtəlifliyə faydaları çoxəhatəlidir və mühüm əhəmiyyət kəsb edir.
Məlumdur kimi, dünyadakı meyvə və tərəvəzlərin ən azı 30%-i və bütün bitkilərin 90%-i böyümək və çoxalmaq üçün çarpaz tozlanma tələb edir.
Kakao, alma, bostan və çiyələk kimi məhsulların böyüməsində böyük rol oynayan arılar meşələrin böyüməsinə də kömək edir.
Arılar qırmızı rəngi görə bilmirlər, lakin ləçəklərdə “UV” siqnallarını görə bildikləri üçün qırmızı çiçəkləri ziyarət edirlər.
Arılar işlərini dəyişdikdə onların beyin kimyası da dəyişir.
Yaşlı arılar kiçik arıların işini gördükdə onların beyinlərinin qocalması dayandığı müşahidə edilib.
Hər arının bir şəxsiyyəti var. Bəzi arılar utancaq, bəziləri isə şən əhvali-ruhiyyəli ola bilər. Maraqlı bir cəhət də budur ki, arılar ailəsində etimadlı vəzifə bölgüsü var.
Ana arı yumurta qoyur, işçi arılar bal yığır. İşçi arıların da bir hissəsi sanitar, bir hissəsi qapıda duraraq gözətçi rolunu oynayır. Xidmətçi arılar öz qanadları ilə arı yeşiklərini(yaşadıqları evi) elə təmizləyirlər ki, hər yer parıldayır. Sanitar arılar ölmüş arıları çölə daşıyırlar. Gözətçi arılar isə kənar arıları içəri buraxmırlar, əgər içəri girsələr, onları öldürülər.


Arı ailəsində həyatı, əsasən, nəzarətçi arılar idarə edir. Bir çox arıçı alimlər hesab edirlər ki, arıların həyatını “gizli arı komitəsi” idarə edir.
Arıların inşaatçı məharətinə isə(şan qurmaq) söz ola bilməz. Onlar pətəyi həm aşağıdan yuxarıya, həm də yuxarıdan aşağıya qura bilirlər. Bu istedad arxitektor və memarları belə mat qoymaqdadır.
Dünyanın ən məşhur riyaziyyatçıları elmə məlum olan altıbucaqlı forma ilə bərabəryanlı üçbucaqdan, kvadratdan fərqli olaraq, daha az material sərf etməklə daha çox yer tutmağın mümkünlüyünu qəbul edirdilər, amma bunun necə mümkün ola biləcəiyini izah edə bilmirdilər. Hətta 1999-cu ildə professor Tomas Hals bununla bağlı bir riyazi araşdırma aparmışdı və öz araşdırmasını “arı şanı ehtimalı” adlandırmışdı.
Arılar yem yeri tapmaqda , yem tökülmə vaxtına hazırolmaqda çox dəqiqdirlər. Əgər hardasa masanın üzərinə şirniyyat və yaxud şirə qoyulsa, arılar həmin an masanın üzərində görünəcəklər.
Arı və arı məhsulları həm də ayrıca bir tibb sahəsidir. Bal, propolis, mum güvəsi, çiçək tozu, güləm, arı südü, arının ölüsü (xitozan) və s. arı məhsulları sayılır. Arının zəhərindən, arı yeşiyinin havasından tutmuş arının ölüsünə qədər hər şey tibbdə müalicə vasitəsi kimi tətbiq olunur: bu gün arı yapışdırıcısı qəbul edilən propolisə qədər. Propolis arıların yuva qurmaqda istifadə etdiyi tikinti materialıdır. Halbuki, propolis təkcə arıların yuva qurmaq üçün istifadə etdiyi material deyil. Arılar tərəfindən dezinfeksiyaedici vasitə kimi də istifadə olunur. Propolisin tibb tarixində də Qədim Misirdən qalma tarixi var. Tədqiqatlar göstərir ki, propolis əsaslı müalicələr antibiotiklər qədər təsirlidir.
Arıların ən yaxşı tikinti materiallarından biri olan mum da təbii antibakterial quruluşu sayəsində tibbdə bir çox üstünlüklər təmin edir. Əməliyyatlarda da istifadə edilən arı mumu sümük səthlərində qanaxmanın dayandırılmasında təsirlidir.
Arıların müdafiə sistemlərindən biri də zəhərdir. Arı zəhərinin tərkibində melittin adlı antiseptik birləşmə var və HİV/QİÇS-in müalicəsində istifadə olunur.
Arının hasil etdiyi bal minbir dərdin dərmanıdır. Ən çox tanınan və istifadə edilən bal tərkibindəki zülallar sayəsində min illərdir ki, yaraların müalicəsində istifadə olunur.


Arı südü sürfələrin inkişafında mühüm qida mənbəyidir. Ana arının həyatı boyu yeganə qida mənbəyi arı südüdür. Tərkibindəki amin turşularının, antioksidanların və vitaminlərin bolluğuna görə tez-tez arı südünə qida əlavəsi kimi üstünlük verilir.
Ağır ürək xəstəliyinə tutulmuş adamların gündə 80-100 qr bal yeməsi onların ümümi vəziyyətlərinin yaxşılaşmasına,qan təzyiqlərinin normaya düşməsinə səbəb olur. Köhnəlmiş irinlidərin yaraları, çiban, kəsik və əzik yaralarını sağaltmaq üçün baldan istifadə edirlər. Arı südü də çox dərdin dərmanıdır.
Müxtəlif təbabət və müalicə üsullarında istifadə edilən söyüd və qovaq ağaclarının inkişafına arıların da böyük təsiri var.
Məsələn, söyüd ağacından aspirin kimi istifadə olunur. Yetişməmiş çeynəyən söyüd meyvəsi ağızdakı yaraların sağalmasında da təsirlidir. Qovaq ağacından dərman istehsalında da istifadə olunur. Revmatizm və mədə xəstəliklərinə yaxşı təsir edən qovaq ağacı çay kimi qəbul edildikdə qızdırmaəleyhinə təsirə malikdir.
Arılarla bağlı bu maraqlı məlumat təbiətin nə qədər heyrətamiz olduğunu bir daha göstərir. Arılarla balı çoxlu sayda maraqlı məlumatlar var.
Afrikada ani fil basqınları nəticəsində əkinçilik sahələri xeyli zərər görür. Bu vəziyyət fillərlə insanlar arasında münasibətlərin korlanmasına səbəb olur. Afrikalılar, nəhayət, çıxış yolu tapıblar. Onlar bal arılarının sayəsində fillər arasında münasibətlərin pozulmasının qarşısını almağa nail olublar. Fillərin arılardan qorxduğunu bilən afrikalılar əkinçilik sahələrinə zərər verməmək üçün əkinçilik sahələrinin ətrafına arı pətələridən hasar çəkiblər.
Arılar bombaları da aşkar edə bilir.”Klassik kondisioner təlimi” ilə müəyyən bir qoxunu qida ilə əlaqələndirməyi öyrənə bilən arılar, partlayıcı maddələrin qoxusunu duyduqlarında qidaya da eyni reaksiyaları verə bilirlər. Arıları dərman və xəstəlikləri aşkar etmək üçün də öyrətmək olar.

Son

Arı kimi əri olanın cənnət kimi yeri olar…(I yazı)

Təbiət – yaşıl sipərimiz

Sərlövhənin doğru anlaşılmasını, başqa sözlə, altqatındakı mənasının düşünülməsini istəyərək bu yazını hazırladıq. Yazıda müəyyən münasibətlərimizlə yanaşı, internet resurslarından, eləcə də ənənəvi ədəbiyyartlardan bəhrələnmişik

“Ana və Uşaq”

Oxumağa davam et →

Meşələr gecə-gündüz həyatımızı qoruyur

Təbiət – yaşıl sipərimiz

 “Meşəsi bol kəndin qəbiristanlığı kiçik olar!”

Anadolu türklərinin atalar sözü

Oxumağa davam et →

İnsanlığın ən ciddi problemlərindən biri də su ehtiyatlarının azalmasıdır

Təbiət – yaşıl sipərimiz

Yaxın 30 ildə dünyada su probleminin ciddi ölçülərə çatacağı təxmin edilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, 2 milyard insan çirkli sudan içməli su kimi istifadə etmək məcburiyyətindədir. 2030-cu ilə qədər 700 milyon insanın su qıtlığı səbəbindən öz bölgələrindən miqrasiya etməsi gözlənilir.

İqlim dəyişikliyi, sənayeləşmə və əhalinin artımı bütün dünyada su ehtiyatlarının  tükənməsi ilə müşayiət olunur.

Oxumağa davam et →

Çiçək adları

Təbiət – yaşıl sipərimiz

Dünyada nə qədər çiçək-gül var, elmdə bununla bağlı konkret rəqəm yoxdur: bəlkə yüz minlərlə, milyonlarla ölçülür bu rəqəm. Müəyyən mənada, bizim üçün önəmli olan çiçəklərin sayı yox, həyatımızdakı rolu və yeridir. Çiçəklər bizim həyatımızla sıx şəkildə bağlıdır: ekoloji, tibbi əhəmiyyəti ilə yanaşı, qida rasionumuzda da bitki komponenti kimi istiadə edilir. Bu da son deyil. Çiçəklər həm də bizim hiss və duyğularımızın ifadəçiləridir. Ən gözəl arzuların, ən gözəl sevgilərin pasibanı, hifz edənidir çiçəklər…

Oxumağa davam et →

Təbiətin də uşaqlara ehtiyacı var

Təbiət – yaşıl sipərimiz

Uşaq və təbiət

Uşaq və təbiət

Yaşa dolduqca uşaqlığımızda açıq havada saatlarla oynadığımız günləri xatırlayırıq. Velosipedə minər, ağaclara dırmaşar, yerdə çuxurlar qazar, tapdığımız daş, qoza, çör-çöpü yığar, onlardan yeni şeylər düzəldərdik. Bağçadakı tumurcuqları, yabanı otları öyrənər, xallı kəpənəklərin ardınca qaçardıq. Bala pişik, ya da itlərə bağçada yuva qurub, evdən gətirdiyimiz yeməklərlə bəsləyərdik. Yay günlərinin od ələyən qızmarında bağımızın-həyətimizin ağaclarını hər gün vedrəylə suvarardıq. Qışda – qarlı günlərdə yemək tapa bilməyən quşlara çörək qırıntıları atardıq. O zaman küçədə oynamaq və birbaşa təbiətlə qarşılıqlı əlaqədə olmaq həyatımızın ayrılmaz bir parçası olmuşdu. Axşam valideynlərimiz bizi evə çağırana qədər qayğısız, dərdsiz uşaqlığımızı yaşayar, təbiətin qoynundan ayrılmaq istəməzdik. Necə xoşbəxt uşaqlarmışıq onda !

Oxumağa davam et →

İsgəndər tutuquşu

Təbiət – yaşıl sipərimiz

İskəndər tutuquşusu (“Psittacula eupatria”), papağangillər (“Psittacidae”) familiyasına aid bir tutuquşu növüdür. Digər bir “İskəndər tutuquşusu” olaraq adlandırılan daha kiçik bir növdən (“Psittacula Kramer”) ayırd edilə bilinməsi üçün adına “Böyük İskəndər tutuquşusu” da deyirlər. Əslində, bu tutuquşular Avropaya ilk olaraq Büyük İskəndər tarafından Hindistandan gətirilmişlər.

Oxumağa davam et →

Dünyanın ən böyük beş ekoloji problemi

Təbiət – yaşıl sipərimiz

Bu gün dünya beş böyük problemlə qarşı-qarşıyadır. Dünyanın insanlar və digər canlılar üçün yaşanan bir planet olmaqda davam etməsi üçün bu beş problemin təcili olaraq həll edilməsi lazımdır.

Oxumağa davam et →

Ağac əkmək  savab işdir, amma  ağaca qulluq etmək ondan da böyük  mərhəmət və xeyirxahlıq nümunəsidir

Təbiət – yaşıl sipərimiz

Bütün xalqların mədəniyyətində bir çox inanclar (kult) var: bozqurd, torpaq, yer, su, göy cisimləri, dağ, at, inək, Hüma, Simurq, Səməndər quşları, ağac və s. Bunlar həyat ünsürləridir və insanların onlara tapınmaları da bu səbəblə bağlıdır.Belə inancların ortaq dəyər xüsusiyyətinə malik olması isə yer üzünün bütün insanlarını həyatı, yaşam vasitələrini ortaq şəkildə qorumağa, gələcəyə ötürməyə məsul edir.

Türk xalqlarının tapındığı belə müqəddəslər biri də ağacdır.

“Kitabi-Dədə Qorqud” dastanlarında digər inanclarla yanaşı, ağacın da müqəddəsliyinə dair nümunələr var.

Oxumağa davam et →

Sədaqət rəmzi olan daha bir quş – Anqut

Anqut (lat. Tadorna ferruginea) — Qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid quş növüdür.

Ördəyi xatırladan bu yabanı quşun başı ağ, gövdəsi qəhvə rəngində, quyruğu isə qara rəngdə olur.

Bu quşların boyları 70 sm, ömürləri isə 8-10 il aralığında olur.

Oxumağa davam et →

Təbiət – yaşıl sipərimiz

Anqut (lat. Tadorna ferruginea) — Qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid quş növüdür.

Ördəyi xatırladan bu yabanı quşun başı ağ, gövdəsi qəhvə rəngində, quyruğu isə qara rəngdə olur.

Bu quşların boyları 70 sm, ömürləri isə 8-10 il aralığında olur.

Oxumağa davam et →