Toyda cibinə “nəşə” atılan şair – Maraqlı adam

Görkəmli şəxslərin həyatından

Azərbaycan Respublikasının Əməkdar müəllimi , “Mikayıl Müşfiq” və “Qızıl qələm” mükafatları laureatı, şair
Oqtay Rza 1934-cü il noyabrın 2-də Salyan rayonunun Qalalı kəndində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfıyyat fakültəsinə daxil olmuş və 1956-cı ildə institutu fərqlənmə diplomu ilə bitirimişdir. Əmək fəaliyyətinə Bayıldakı Neft və Qazçıxarma İdarəsinin 5 saylı mədənində başlamışdır: operator, baş operator, neftçıxarma ustası olmuşdur Elmi-tədqiqat işi müdafiə edib geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Azərbaycan KP MK yanında ikiillik marksizm-leninizm universitetini fərqlənmə diplomu ilə bitirmişdir . N.Tusi adına APİ-nin ümumi coğrafıya kafedrasında müəllim, baş müəllim, dosent işləmişdir. 1959-1960-cı illərdə Bakı Sovetinin deputatı seçilmişdir .
İlk şerini orta məktəbdə oxuyarkən rayon qəzetində dərc etdirmişdir. Həmin vaxtdan poetik yaradıcılıqla müntəzəm məşğul olur, bədii tərcümələr də edir. Dünya xalqlarının ədəbiyyatından tərcümələri dövri mətbuatda müntəzəm çap olunur.
Əsərləri xarici mətbuatda dərc edilmişdir. “Kamennıy Svetilnik” şerlər toplusu 1987-ci ildə Moskvada kütləvi tirajla buraxılmışdır.
18 avqust 2019-cu ildə vəfat etmişdir.

Oxumağa davam et

Eyni gündə doğulmuş və eyni gündə vəfat etmiş, eləcə də eyni ayda doğulmuş və eyni ayda əbədiyyətə qovuşmuş məşhurlar

Görkəmli şəxslərin həyatından


1. Ələkbər Ələsgər oğlu Rzaquliyev — Azərbaycanın məşhur boyakarı və qrafik rəssamı; Əməkdar rəssam 1903 -cü il yanvarın 31-də Bakıda doğulub, 31 yanvar 1974-cü ildə 71 yaşında Bakıda vəfat edib.


2. Mikayıl Həsən oğlu Rəfili – Görkəmli ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, professor. 25 aprel 1905- ci ildə Goranboy rayonunda anadan olmuş, 25 aprel 1958-ci ildə 53 yaşında Bakıda vəfat etmişdir.


3. Bəhram Tofiq oğlu Əfəndiyev — Görkəmli teatr rəssamı, Əməkdar incəsənət xadimi .
25 avqust 1910 -cu ildə Tiflis quberniyasında doğulmuş, 3 avqust 1967-ci ildə 56 yaşında Gəncədə vəfat etmişdir.


4. Əziz Mirfeyzulla oğlu Mirəhmədov — Görkəmli ədəbiyyatşünas, tənqidçi, Əməkdar elm xadimi , filologiya elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü .
11 fevral 1920-ci ildə anadan olub, 11 fevral 2002-ci ildə 82 yaşında Bakıda vəfat edib.

Eyni ayda doğulub, eyni ayda vəfat etmiş məşhurlar

1. Mendeleyev – Məşhur kimyaçı alim.
27 yanvar 1834-cü ildə Tobolskda anadan olmuş; 20 yanvar 1907-ci ildə Dankt-Peterburqda 72 yaşında vəfat etmişdir.


2. Abdulla bəy Divanbəyoğlu – Keçən əsrin əvəllərində yaşamış nasir və pedaqoq.
1 yanvar 1883-cü ildə Qazax mahalının Hüseynbəyli kəndində anadan olmuş, 6 yanvar 1936 -cı ildə 53 yaşında Bakıda vəfat etmişdir.


3. Həzi Əhəd oğlu Aslanov – Sovet-Azərbaycan hərbçisi, general-mayor. 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı.
22 yanvar 1910-cu ildə Lənkəranda doğulmuş, 24 yanvar 1945-ci ildə 34 yaşında Latviyanın Tsesis qəzasında həlak olmuşdur.


4. Niyazi Zülfüqar bəy oğlu Tağızadə (Hacıbəyov)— Məşhur azərbaycanlı dirijor və bəstəkar, Sosialist Əməyi Qəhrəmanı.
20 августа 1912-ci ildə Tiflisdə anadan olub,
2 август 1984-cü ildə 72 yaşında Bakıda vəfat edib.

5. Sara Bəbiş qızı Qədimova — Məşhur Azərbaycan xanəndəsi, Xalq artisti.
31 may 1922-ci ildə Bakıda doğulub, 12 may 1925-ci ildə 83 yaşında Bakıda vəfat etmişdir.


6. Tahiri Söhrab Əbülfəz oğlu (Söhrab Tahir) — Xalq şairi , nasir, publisist.
27 may 1926 – cı ildə İran Astarasında doğulub, 4 may 2016 -cı ildə 90 yaşında) Bakıda vəfat edib.


7. İsa Mustafa oğlu Hüseynov (Muğanna) –Görkəmli yazıçı, ssenarist və kinoredaktor; Xalq yazıçısı və Əməkdar incəsənət xadimi.
12 aprel 1928-ci ildə Ağstafa rayonu, Muğanlı
kəndində doğulmuş, 1 aprel 2014-cü idə 85 yaşında Bakıda vəfat etmişdir.


8. Vəliyev Əliağa Həsənağa oğlu (Əliağa Kürçaylı)— Məşhur şair, dramaturq, tərcüməçi, Əməkdar incəsənət xadimi.
20 fevral 1928-ci ildə Salyan rayonunun Kür Qaraqaşlı kəndində doğulmuş, 11 fevral 1980-ci ildə 52 yaşında Bakıda vəfat etmişdir.

9. Elmira Həbibulla qızı Şahtaxtinskaya — Azərbaycan Respublikasının Xalq rəssamı və Əməkdar incəsənət xadimi.
25 oktyabr 1930 -cu ildə doğulub, 1 3 oktyabr 1996-cı iıdə 66 yaşında Moskvada vəfat etmişdir.


10. Ramiz Aqil oğlu Mirişli— Görkəmli bəstəkar, Xalq artisti , professor.
16 aprel 1934-cü ildə Naxçıvanda doğulmuş, 17 aprel 2015-ci ildə 81yaşında Bakıda vəfat etmişdir.

11. Aqşin Əlizadə Aqşin Əliqulu oğlu Əlizadə — Görkəmli bəstəkar, Xalq artisti.
22 may 1937 ci ildə Bakıda doğulub, 3 may 2014-cü ildə 76 yaşında Bakıda vəfat etmişdir.

Səməd Vurğun haqqında xatirələr

Görkəmli şəxslərin həyatından

 Ölüm sevinməsin qoy! Ömrünü vermir bada

El qədrini canından daha əziz bilənlər

Şirin bir xatirətək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər.

Səməd Vurğun

Oxumağa davam et

Xurşidbanu Natəvan

Məşhur qadınlar

 Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı  Xurşidbanu Natəvan  XIX əsr Azərbaycan       ədəbiyyatının görkəmli şairi olmuşdur.  O, həm də  gözəl insan, xeyriyyəçi, mesenat və fəal ictimai xadim olmuşdur. Natəvan Şuşada “Məclisi-üns” ədəbi məclisi  təşkil etmiş  və onun bütün xərclərini öz üzərinə götürmüşdür. O,  Şuşa şəhərinə “Xan qızı bulağı” adı ilə məşhur olan su kəməri çəkdirmişdir.

Oxumağa davam et

Məşhur şəxsiyyətlər necə oxuyublar

Görkəmli şəxslərin həyatından

  Süleyman Sani Axundov

Süleyman Aani Axundov  Qori seminafriyasında oxuduğu vaxt   qrafiklə növbətçiolur. Onu çörək almaqüçün bazara göndərirlər.  Növbətçi müəllimə anlaşılmazlıqdan səhv məlumat verilir. Belə  çıxır ki, Süleyman çörəyi ucuz qiymətə alıb,  məktəbdə isə baha qiymətə aldığını deyib. Süleyman bir neçə dəfə növbətçi müəllimə belə olmadığını desə də, ona inanmırlar. Belə olanda Süleyman  intihar etmək  yolunuseçir və özünü tapança ilə vurur. Bundan sonra məsələaydınlaşır və  görürlər ki, Süleyman  tam günahsız imiş.

Oxumağa davam et

Məşhurların sevgi əhvalatları

Görkəmli şəxslərin həyatından

Deyilənə görə,  Ülvi Rəcəb tərəf müqabili olduğu aktrisa Xalq artisti Barat Şəkinskayanı sevib.

Oxumağa davam et

Mikayıl Müşfiq “Yenə o bağ olaydı” şeirini kimə həsr edib?

Görkəmli şəxslərn həyatından

Mikayıl Müşfiqin bəlkə də ən məşhur şeiridir “Yenə o bağ olaydı”. Həmin şeir yarananda gənc şairin həbsə atılmasına, işgəncələrə məruz qalmasına, sonra da Nargində güllələnməsinə çox qalmamışdı.

1936-cı ilin qayğısız yay günlərində Pirşağıda yazılıb o şeir. Şeirin ünvanı uzun müddət naməlum qalıb. Bəziləri düşünüb ki, Müşfiq şeiri həyat yoldaşı Dilbər xanıma yazıb, digərləri şeirin ünvanını tanısalar da, bu haqda danışmayıblar. Şayiələr gəzib. Yalnız ötən əsrin sonunda açıqlanıb o qızın adı.

Bu, Arifə Məmmədxanlı idi – yazıçı Ənvər Məmmədxanlının bacısı.

Oxumağa davam et

Səməd Vurğun haqqıda xatirələr

Görkəmli şəxslərin həyatından

Səməd Vurğun Qazaxda seminariyada oxuyarkən Mustafayevlər nəslindən olan bir imkanlının evində, daha doğrusu evin zirzəmisində qardaşı Mehdixan Vəkilovla kirayədə qalırmış (Şair seminariyanı 1924-cü ildə bitirmişdir, bu əhvalatda şairin 16-18 yaşlarında baş vermişdir).

Oxumağa davam et

Cəfər Cabbarlı

Görkəmli şəxslərin həyatından

Cəfər Cabbarlı geyiminə çox da fikir verməzmiş. Çox nadir hallarda qalstuk bağlayar, kostyum geyinərmiş. Bir dəfə Sona xanım ərinin köhnə paltosunu götürüb özünün təzə aldığı paltonu asır. Cəfər səhər açılanda paltonu geyinib işə gedir. teatrda hamı onu təbrik edir, “mübarəkdir, sağlıqla geyəsən” deyirlər.

Oxumağa davam et

Sabit Rəhmanın Mikayıl Müşfiq haqqında xatirələri

Görkəmli şəxslərin həyatından

Əvvəl Müşfiqdən başlayıram. Mikayıl Müşfiqlə biz həm yaxın dost idik, həm də qonşu. Mən Dağlı məhəlləsində yaşadığım müddətdə demək olar ki, hər gün onunla görüşürdüm. Otağım yolunun üstündə idi. Müşviq hər səhər qardaşıgildən çıxanda mənim pəncərəmin qabağından keçib gedirdi və təbii ki, pəncərədən otağıma baxmamış olmurdu. Otağımın böyük, barmaqlıqsız bir pəncərəsi vardı, yaz-qış onu həyətdən hərlənib gəlməyə tənbəllik eləyən dostlarım qapı əvəzinə işlədirdilər. Müşfiq də pəncərədən otağıma adlayırdı və biz çox vaxt bir yerdə səhər yeməyi yeyərdik. Müşfiq qardaşıgildə yalnız gecələyərdi.

Oxumağa davam et