Görkəmli şəxslərin həyatından

Əvvəl Müşfiqdən başlayıram. Mikayıl Müşfiqlə biz həm yaxın dost idik, həm də qonşu. Mən Dağlı məhəlləsində yaşadığım müddətdə demək olar ki, hər gün onunla görüşürdüm. Otağım yolunun üstündə idi. Müşviq hər səhər qardaşıgildən çıxanda mənim pəncərəmin qabağından keçib gedirdi və təbii ki, pəncərədən otağıma baxmamış olmurdu. Otağımın böyük, barmaqlıqsız bir pəncərəsi vardı, yaz-qış onu həyətdən hərlənib gəlməyə tənbəllik eləyən dostlarım qapı əvəzinə işlədirdilər. Müşfiq də pəncərədən otağıma adlayırdı və biz çox vaxt bir yerdə səhər yeməyi yeyərdik. Müşfiq qardaşıgildə yalnız gecələyərdi.
Oxumağa davam et








