DİM yazıçıları, müəllimləri və elm adamlarını Azərbaycan dili üzrə sertifikasiya imtahanı verməyə dəvət edir, bəs başqaları ?

Müzakirə

Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır. H.Heyne XIX əsr alman şairi və jurnalisti

Oxumağa davam et →

DİM yazıçıları, müəllimləri və elm adamlarını Azərbaycan dili üzrə sertifikasiya imtahanı verməyə dəvət edir, bəs başqaları ?

Müzakirə

“

Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz.

Sokrat

Oxumağa davam et →

Rəhbər pedaqoji vəzifələrə təyinat necə olsun?

Müzakirə

Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır.

İlham Əliyev, Azrbaycan Respublikasının Prezidenti

Neçə gündür sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktorunun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı iddialar səsləndirilir. Təbii ki, məsələnin gerçək olub-olmamasını araşdırmaq aidiyyəti orqanların işidir. Amma biz də bu və ya digər baş vermiş hadisələrə seyrçi qala bilmərik. Çünki məktəb bizim işığına, şəfəqlərinə üz tutduğumuz Günəşdir. Əgər biz Günəşə elmi gerçəkliklə baxmasaq, Günəşi sevməsək, Günəşsiz qala bilərik. Sosial şəbəkələrdə məktəb həyatındakı utanc hadisələrlə bağlı istənilən sayda yazılar var. Bunlar hamısı məktəb rəhbərləri tərəfindən yaranmayıbsa da, istənilən hadisənin baş verməsində məktəb rəhbərlərinin də cavabdehliyi var. Baş vermiş hər bir hadisə onların rəhbərlik fəaliyyətlərindən və yaxud fəaliyyətsizliklərindən xəbər verir.

Oxumağa davam et →

Qadının kişiyə sevgi və ya evlilik təklif etməsi

Müzakirə

Bütün sevənlər sevgilərinin sonu vüsal olacaq deyə xeyirli sabahlara can atırlar. Əlbəttə ki, tək evlilikdə deyil, bütün həyati məsələlərdə hamının ilk addımı olduğu kimi, son məqsədi də olur. Fəqət, hamının bu məqsədlərə çatma üsulları heç də eyni olmur. Məsələn, kimsə karyerasını peşə ixtisası qazanmaqla qurur, kimi orta ixtisas təhsilinə sahib olmaqla da kifayətlənir, kimisi də ali ixtisasdan sonra da ixtisaslaşmaqda, təkmilləşməkdə davam edir. Ailə qurmaq, sevgi münasibətlərində eynən bu cürdür.

Oxumağa davam et →

Yengə lazımdırmı?

Müzakirə

Allahın yaratdığı hər kəs, biz də daxil olmaqla, onun buyurduqlarına əməl etməli, əməli-saleh, şükürlü, zikirli bəndələr olmalıyıq. Olmasaq, nə vaxtsa heçliyə  uğrayacağımız da  gözləniləndir. Toy adətləri dini ritual deyil. 

Oxumağa davam et →

Toylarımız  haqqındakı fikilərimizi paylaşaq

Müzakirə

 Toy mərasimlərimiz, şadlıq evlərimiz,  şadlıq evlərində  göstərilən  xidmətlər  ox müraciət edilmiş mövzu olsa da, hər zaman aktualdır.  Təəssüflənməli olan isə budur ki, bu aktuallıq elə yerində sayır, heç nə vəd etmir, heç bir yenilik gətirmir.  İnsanların oğul evləndirmək, qız köçürmək arzuları o qədər möhtəşəmdir ki, toy xərclərini ödəyə bilib-bilməyəcəyi  halına zərrəcə təfavüt etmir. Fikirləşir ki,  nəmər pulu yetər, şadlıq evi ilə başabaş qurtararıq.  Xərcə düşərəm, bir qohumdan borc alıb verərəm, sonra işləyib borcumuzu ödəyərik. Təki, oğlumu evləndirim, evimə gəlin gətirim. Əlbəttə ki,   bu  cür özünətəskinlik sadə adamlara aiddir.  İmkanlı  anadan  bəxtlə doğulurlar.  Heç bilmirlər ki, nə hardan gəlib, necə gəlib.  Olsun. Allah   hamısını xoşbəxt etsin.  Oğullu-qızlı olsunlar.  Amma  kim bu işi nizamlaya bilir,  şadlıq evləri xidmətinə bir əl gəzdirsin, nolar… 

Oxumağa davam et →

Kİşilərlə liftə minməyən qadınlar

Müzakirə

Haqqında indi bəhs edəcəyim məzələ adi davranış  etiketi olsa da, diqqəti  kifayət qədər  məşğul edən həyat tərzi, yeni bir keyfiyyətdir.  Kişilərlə liftə minməK  qadınlardan bəhs edəcəyik.  Bu məsələdə  fikirlər birmənalı deyil və ya heç də hamı  bu münasibəti eyni cürə qəbul etmir. Əlbəttə, hamının  bu və ya digər həyati məsələni eyni cürə düşünməsi, eyni cürə qəbul etməsi  mümkün deyil. Əksliklərin vəhdəti və  mübarizəsi bir həyat həqiqətidir. Belə mübarizə  nəticə olaraq  da  insanların  arzularına yönəli olur. İnsanlar  daim   bu   əksliklərin mübarizəsində öz arzularına  can atırlar. İstəyirlər  ki, həyat  gözəl və mənalı olsun, hər kəsin  niyyəti  xeyirhaqlıq üstündə köklənsin, can deyib-can eşitsinlər, rəftarlarında, danışıqlarında  diqqətli və həssas olsunlar. Kimsə kimsənin xətrinə dəyməsin, kimsəyə qarşı qabalıq etməsin. Fərdiyyətçilik, eqoizm, laqeydlik kimi mənfi təzahürlərinsan həyatına tamam  yad  osun.  Amma  nə edəsən ki,  hər gün ətrafımızda  belə hadisələrlə rastlaşırıq.

Oxumağa davam et →

    Şəhidlərə, şəhid adları ilə bağlı  yerlərə münasibət necədir

Müzakirə

  Böyüməkdə olan gənc nəslə xalqımızın tarixini, mədəniyyətini, sosial-mənəvi mənşəyini öyrətmədən  onları xalq və  dövlət  qarşısında öz məsuliyyətini dərk edən,  əsl vətənpərvər  və azərbaycançılıq ideyalarına sədaqətli vətəndaş   şəxsiyyət  kimi yetişdirmək mümkün deyildir.

Oxumağa davam et →

Doğrudanmı yaş fərqi bəhanədir, eşq şahanədir…

Müzakirə

Xoşbəxt olmağın yolları çoxdur. Razılaşarsınız ki, bu çoxların içində əlahəzrət Məhəbbət birincidir. Sevgi bütün xoşbəxtliklərin açarıdır.

Oxumağa davam et →