Geyimlər qadın bədəninin xətlərini təqib etməli, bədən paltarın xətlərini deyil

Müzakirə

Əsl gözəllik Allahın qəbul etdiyi gözəlliklərdir.

                                                                Kəlam

Qadını  evinin, ailəsinin  zümrüd qaşı  edən onun əxlaqı, ərinə, ərinin  valideynlərinə, həmçinin  öz övladlarına olan ehtiramı və  nəhayət ailə   şərəfinə olan sədaqətidir.

Bu, islam dinindən qaynaqlanan əxlaqdır. Allah cismən yaşamaq üçün insanlara hər cürə qida/ruzi bəxş etdiyi kimi, ruhən, mənən yaşamaq üçün də onlara  islami gözəlliklər bəxş etmişdir.

Oxumağa davam et →

Arvad kişidən gec yatıb  tez oyanmalıdır, yoxsa

Müzakirə

Fransız yazıçısı Balzakın dediyinə görə, yaxşı ər heç vaxt axşam birinci yatmır və səhər sonuncu oyanmır. Amma Azərbaycan kişisi bunun əksini deyir: “Arvad kişidən gec yatıb tez oyanmalıdır”. Qərb və Şərq dünyası arasındakı fərqlilik onların mədəniyyətlərində, məişət normalarında, ailə-əxlaq münasibətlərində özünü büruzə verir, fikir verdinizmi? Bəs hansı fikir daha doğrudurr?

Oxumağa davam et →

13 yaşlı qızcığaz mavi önlük geyməli ikən kimdir, hansı ənənədir ona bəyaz gəlinlik geyindirmək istəyən?

Müzakirə

Dünən bir neçə saytda Bakıda 13 yaşlı qızın 37 yaşlı oğlana nişanlanması barədə xəbərlər tirajlandı. Sərlövhə kimin diqqətini cəlb edibsə, yəqin ki, oxuyub. Kişi uşaqdan 24 yaş böyükdür. Lp yaşı 24 olsaydı da 13 yaşlı uşağı xəyalına gətirməsi mənəvi eroziyadır.
Valideynlər fərqində deyil, cəmiyyət susur, hara gedirik belə? 13 yaşlı qızcığaz mavi önlük geyməli ikən kimdir, hansı ənənədir ona bəyaz gəlinlik geyindirmək istəyən?

Oxumağa davam et →

Qədərsiz olsa çörək, qədirsiz olur demək?

Müzakirə

Çörək insanın yaşaması, həyatın mövcudluğu üçün birinci şərtdir.

Çörək ən qiymətli nemətdir, müqəddəsdir. Ən böyük andımız, alqışımış həmişə çörəklə bağlı olub:

“çörək haqqı”, “çörəyə and işirəm”, “səni çörəyə and verirəm”, “süfrənə bərəkət”, “həmişə çörəkli olasan”. Ata-babalarımız dosta sədaqətlərini ifadə etmək üçün çörəkdən kəsərli, təsirli, ən başlıcası isə halal and bilməyiblər. Bu ulu məmləkətə qədəm basan hər bir qonağı duz-çörəklə qarşılyıblar. Süfəyə birinci çörəyi gətiriblər, çörəyi süfrədən götürməmiş ayağa qalxmayıblar. Bir imkanlı kişinin kasıba pasiban olub onu yanına çəkməsi, ailəsinə çörək qazana bilməsi üçün iş verməsi “ruzi vermək, çörək vermək” kimi yaxşılıqların ən böyüyü hesab edilib.

Oxumağa davam et →

İntihar çıxış yolu deyil

Müzakirə

Son  bir neçə ildir ki, intihar havası yağır göylərdən. Diqqəti cəlb edən cəhət odur ki, bu acizanə addım təkcə əyalət kəndlərində, əyalət şəhərlərində deyil, ölkənin baş şəhərində də atılır. Qəzetlərdə, saytlarda, bir çox telekanalda hadisə haqqında müəyyən informasiya verilir..Səbəblər müxtəlif, həyata keçirilmə üsulları da bir –birindən fərqli və məşum. Modern.az saytına istinadən, 2014-cü ilin 6 ayı ərzində 183 nəfər intihar edib, 139 nəfər isə canına qəsd edib. İntihar edənlərin 116 nəfəri qadın, 14 nəfəri məktəbli-yeniyetmə olub.

Oxumağa davam et →

Təzəcə gəlinsən ağ paltarda sən…

Müzakirə

Tarixdə ilk gəlinlik paltarının mənşəyi eramızdan əvvəl 4000-ci ilə aiddir. İlk gəlinlik paltarları qədim Misirdə ortaya çıxmışdır. Bu gəlinliklər ağ rəngli, laylı kətandan tikilirdi.O zamanlar gəlinliyin rəngindən çox, parçanın keyfiyyətinə və istifadə olunan aksesuarların təmtəraqlılığına diqqət yetirilirdi.

Oxumağa davam et →

Qadınlar kişiləri necə bəyənirlər?

Müzakirə

Türk həkimləri maraqlı bir sorğu aparmışlar. Onlar qadın məsləhətxanasına müraciət etmiş 20 qadına ər seçdikdə ilk olaraq onun nəyinə önəm verdiklərini, hansı keyfiyyətlərinə baxdıqlarını soruşmuşlar. Onların cavabını dəyişmədən, olduğu kimi təqdim edirik.

Oxumağa davam et →

Təhsil, nəqliyyat və səhiyyə özəl yox, dövlətin ixtiyarında olsun

Müzakirə

“Ədalət” partiyasının sədri, hörmətli  İlyas İsmayılov   “Yeni sabah.az” saytında “Dövlət universitetlərində ödənişli təhsil yolverilməzdir“  sərlövhəli yazısı dərc olub.

Yazının  məzmunu bundan ibarətdir ki, dövlət ali məktəblərində təhsilin pullu olması yolverilməzdir, çünki dövlət strukturları bizneslə məşğul ola bilməzlər.

İlyas müəllimin digər bütün yazıları kimi, bu  yazısını da  çox haqlı  qəbul edirik. Biz ali məktəbə hazırlaşdığımız və tələbə olduğumuz illərdə  istər  yazılı, istərsə də  danışıqda  nə bağçaların, nə  ümumtəhsil  məktəblərinin, nə peşə məktəblərinin, nə texnikumların,  nə  institutların,   bir universitetimiz vardı onun  “müəssisə”    adlandırılmasını  eşitməmişdik, görməmişdik.   “Təhsil ocağı”,  “texnikum”,  “ali məktəb və ali təhsil ocağı”, “institut”, “universitet ”  deyərdilər və yazardılar. Amma indi “müəssisə” deyirlər. Elə bil ki,  əsasən, bu vaxta qədər  yüksək vəzifədə işləyənlər üçün vəzifədən razılıqla uzaqlaşdırandan sonra  məşğul olmaq üçün  baş qatmaq üçün, amma əziyyət  çəkmədən  yaxşı da pul qazanmaq  yerləri yaratdılar.

Oxumağa davam et →

Gəl küsməyək bundan sonra

Müzakirə

Naibə xanımın   fkirlərini oxudum və bəyənirəm (Bax: https://yenisabah.az/indiki-kisiler-qadinlarin-ustunde-agaliq-etmek-isteyir-xalq-artistinden-etiraz? fbclid=IwAR3AgvUIgW2lyDdeJjOuUtXvew1ERhu35bwlsDIDt34YDqOysUiQMkt7pJw#.Yoz9rcwtXgk.facebook ).  Amma    Xalq artistinin  fikri konteksdən çıxarılıb. Elə bu gün ən pisi  də    kütləvi informasiya vasitələrinin (bura  şou telekanalları, əksərsaytlar və internet televiziyaları aiddir)  əfkari-ümumiyyə  üçün göstərdiyi mənfi təsirlərdir. Mətbuat/televiziya  izləyici naminə  cəmiyyəti, sanki, Rey hesab edir və   “Reydə böyük bir mağaza açıb”lar.

 Naibə xanım  barışdırcı,   xoşməramlı niyyət qoyub ortaya, amma sayt sərlövhəni   elə seçib ki, Xalq artistinin fikirləri 1 qəpiklik olub,  qadınlar və kişilər arasında  yeni didişmə  yaratmaq  niyyəti güdülüb.

Çox təəssüf edirəm.

Oxumağa davam et →

Meşədə, dağda bir ovuc zoğala, 1 kq itburnuna görə cərimə edəcəklərsə, meşələr, dağlar getdikcə insansızlaşacaq…

 Müzakirə

Məhəlləmizdə sakinlər özləri üçün oturub söhbətləşməyə, isti və mülayim havalarda domino, nərd oynmağa ” besedka” quraşdırıb. Sakinlər asudə vaxtlarını burada keçirirlər. Qonşu binalardan bir 60-70 yaşlarında bir kişi gəlir: kürəkəni bizim binada olur həm də. Uzun müddət Rusiyada yaşayıb. Oranın yaşayış vəziyyəti ilə maraqlandım bir dəfə. Dedi ki, Rusiyada kimsə ac qalmaz, heç olmazsa, gedib yaxınlıqdakı meşədən 2 vedrə göbələk yığsa, 20 manatı var. İnandım.  Amma Azərbaycan təbiəti , torpağı  dünyanın bütün torpaqlarından  məhsuldar və ruzilidir. 

Oxumağa davam et →