Birlikdə yatmaq bir çox ailələr üçün xilasa çevrilir və həm uşağa, həm də valideynlərə ardıcıl bir neçə saat dinc yatmağa kömək edir. Ancaq uşaqlar böyüdükcə, ayrı-ayrılıqda yatmaqdan imtina etdikləri üçün daha çox çətinliklər yarana bilər. FrutoNyanya bloqu ayrıca yuxunun necə qurulacağını və uşağa öz çarpayısında yatmağı öyrənməyə kömək etdiyini izah edir.
Sağlam qidalar uşağın həm fizioloji sağlamlığına, həm də inkişafına töhfə verir və məktəb uğurlarını artırır. Amma uşaqlar məktəbə gedirlərsə, ailədə hər iki valideyn işləyirsə, uşaqların bu qayğısı üçün şərtlər bir az çətinləşir. Səhərlər işə hazırlaşmaqla yanaşı, uşağı geyindirmək, səhər yeməyi yemək tələsikliyi dhər evdə yaşanır. Çünki məktəb avtobusunun gəlməsi an məsələsidir. Axşamlar axşam yeməyi və uşağın ev tapşırığı üçün də oxşar tələskənlik yaşanır. Bütün bu təlaş içində övladlarınız üçün hazırladığınız yeməklərin sağlam olması çox vacibdir, çünki sağlam yeməklər həm uşağın fizioloji sağlamlığına, həm də inkişafına töhfə verir və məktəb uğurlarını artırır. Bəs uşaqların sağlam qidalanması üçün nə lazımdır?
Uşaqların həsrətlə gözlədiyi yay tətili başlandı. Kimi tətil günləri üçün planlar cızır, kimi kəndə getmək arzusuyla intizar çəkir, kimi də yay uzunu oxuyacağı kitabların sıyahısını tutur. Bu yazı sonuncu variantı seçən uşaqlar üçündür. O uşaqlar üçün ki, yay tətilini məhz doyunca kitab oxumaq həvəsiylə gözləyirlər.
Həyatınızda yalnız bir uşaq olduqda, diqqətiniz yalnız onun ehtiyaclarına yönəldilir. Təbii ki, ikinci uşaq gələndə bu vəziyyət bir qədər dəyişə bilər. Bununla belə, ikinci uşaq bir çox cəhətdən birinci uşağın inkişafına və öyrənilməsinə kömək edir.
Şəxsi evdə internet yeniyetmələrin həyatının ayrılmaz hissəsinə çevrilib. Bu, həqiqətdir ki, sosial şəbəkələr həyatımıza çox faydalı məlumatlar gətirir. Ona görə də valideynlər interneti qadağan etmək yolunu deyil, övladlarının internetdən istifadə imkanlarını nizamlamalı və nəzarət etməlidirlər. Övladlarlnln faydalı istifadəsi üçün optimal vaxt təyin etməlidirlər.
Valideynlərdən tez-tez belə bir şey eşidirik: “Heç oxumur!”, “Heç nə oxumaq istəmir, daim televizorun qarşısında, sosial şəbəkələrdə oturur” və s. Həqiqətən, müasir uşaq oxumaq istəmir və praktik olaraq oxumur. Bu, danılmaz faktdır. Uşaqların oxumağı sevməməsinin birinci səbəbi, sadəcə, olaraq düzgün oxumağı bilməmələridir. Və bir şeyi necə səmərəli və düzgün edəcəyinizi bilmirsinizsə, işinizdən məmnun qalmaq çətin olacaq, bəlkə heç olmayacaq da.
Mən və mənim yaşımda olan nəsillər kitab, kitabxana və kitabxanaçılar haqqında saysız-hesabsız hikmətli kəlamlar eşitmişik. Onlar bizim beynimizə həkk olunublar, çünki biz o kəlamlardakı həqiqətləri, doğru olanları yaşaya-yaşaya böyümüşük. Kitablar bizə bilik öyrətməklə yanaşı, həm də bələdçimiz olub, bizi ideal seçməyə hazırlıqlı edib. Məşhur alim, fizika üzrə Nobel Mükafatı Laureatı Albert Eynşteyn necə müdrikcəsinə söyləyib: “ Mütləq bilməli olduğunuz yeganə şey kitabxananın yeridir”.
Kompüterlər gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Uşaqların göz sağlamlığına zərər verməmək üçün kompüterdən istifadə nəzarətdə saxlanılmalıdır. Gözün özündə və ya kompüter istifadəsinə görə görmə keyfiyyətinin pisləşməsi göz yorğunluğu kimi şərh edilir. Yorğun və ağrılı gözlər, bulanıq görmə, gözlərdə quruluq, sulanma, qaşınma, yanma və sancma, qızartı, diqqəti cəmləməkdə çətinlik, ikiqat görmə, işığın səpilməsini görmə, işığa həssaslıq, baş ağrısı, qıyma göz problemlərinin ən çox müşahidə edilən əlamətləridir.
Xüsusilə bu əlamətlər kompüter qarşısında olarkən baş verirsə, bu, uşaqlarınızın kompüterlə bağlı göz yorğunluğu haqqında sizi düşünməyə vadar etməlidir. Bu simptomların tezliyi və şiddəti iş mühitindən və vərdişlərdən asılı olaraq dəyişə bilər.
“Telefon və texnologiya asılılığından necə qurtulmaq olar?” Artıq sualın yalnız böyüklər üçün verilmədiyini görmüsünüzmü? Hal-hazırda telefon və texnologiya asılılığı uşaqlarda tez-tez rast gəlinən ciddi bir problemə çevrilib. Rəqəmsal dünya ilə aramızda sağlam məsafə saxlamaq bəzən biz böyüklər üçün çətin olsa da, fantaziya və reallıq anlayışını böyüklər qədər kəskin şəkildə ayırd edə bilməyən uşaqlar üçün texnologiya ilə əlaqəni saxlamaq çox daha çətindir. Bu səbəbdən uşaqların texnoloji cihazlarla əlaqəsini idarə etmək və tarazlaşdırmaqda valideynlərin mühüm rolu var.
Sosial medianın təhlükələri günü-gündən artır! Mütəxəssislər uşaqları qorumaq üçün məsləhətləri izah ediblər Sirr deyil ki, bu gün uşaqlar arasında getdikcə daha çox istifadə edilən sosial medianın bəzi təhlükələri var. Psixoloqlar bununla bağlı ı bəzi xəbərdarlıqlar edir ki, bu da valideynlərin nəzarətində olmalıdır…